Əsas Səhifə > Partiya, Güney Press > “Rusiyanın imperiya cəhdlərinin hədəflərindən biri də Azərbaycandır”
“Rusiyanın imperiya cəhdlərinin hədəflərindən biri də Azərbaycandır”13-09-2022, 08:03 |
“Rusiya, Ukrayna cəbhəsində aydınlıq əldə edənə qədər imkan verməyəcək ki, Qarabağda sakitlik və əmin-amanlıq olsun. Bu dəqiqə Rusiyanın bütün diqqəti Ukrayna cəbhəsindədir. Qarabağda hər hansı aktivlik etmək imkanı yoxdur. Hər hansı bir proses Rusiyanın iradəsindən kənar inkişaf edəcəksə, nəticədə Rusiya uduzacaq. Bu səbəbdən Rusiya çalışır ki, Qarabağ münaqişəsini dondursun, Ukrayna cəbhəsindəki vəziyyətdən sonra hansısa addım atmağa başlasın”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. S. Cəlaloğlu bildirib ki, indi Azərbaycan dövlət sərhədində və Qarabağdakı rus sülhməramlıların məsuliyyət zonasında atəş açan və vəziyyəti kəskinləşdirmək istəyən ermənilər Rusiyanın maraqlarına xidmət edirlər: “Bu adamlar erməni xalqının və dövlətinin maraqlarını düşünməyən, Rusiyadan gələn təlimatları həyata keçirən qüvvələrdir”. Onun sözlərinə görə, belə qüvvələrin aradan götürülməsi Ermənistanın maraqlarına tam cavab versə də, təəssüflər olsun ki, rəsmi İrəvan bu yöndə əməli addımlar atmır. S. Cəlaloğlu diqqətə çatdırıb ki, Rusiyanın Ukrayna prosesində uduzması müsbət nəticələr yarada bilər: “Əslində burada udmaq və uduzmaqdan söhbət getmir. Rusiya demək olar ki, imperiya cəhdləri həyata keçirir. Hazırda Ukraynada Rusiyanın imperiya cəhdlərinin qarşısı alınır. Rusiyanın imperiya cəhdlərinin hədəflərindən biri də Azərbaycandır. Mənə elə gəlir ki, Ukraynada Rusiyanın uduzması bizim müstəqilliyimizin və suverenliyimizin geridönməzliyinin əsas şərtlərindən biridir”. Partiya sədrinin fikrincə, Ukrayna prosesinin Qarabağa müəyyən təsirləri var: “Ukrayna udacaqsa, bu zaman Ermənistan iddialarından geri duracaq, üzünü daha asan formada Qərbə çevirəcək, milli dövlət kimi fəaliyyət göstərmək xəttini tutmalı olacaq. Əks təqdirdə Rusiya güclənəcək, ətrafındakı ölkələrə iştahla baxacaq. Hərçənd Rusiyanın bu savaşda udmaq şansı yoxdur”. Geri qayıt |