Əsas Səhifə > Partiya, Güney Press > "Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim"

"Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim"


29-09-2022, 08:39
"Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim"
DİA.AZ: - "Yazdığım bütün statusların altında Qum şəbəkəsinin muzdluları çox sayda gülüş atırlar. Çox sevindim. Nakişi kimi zırıldayıb ağlayanlara, başına döyənlərə bir neçə günə gülüşü öyrətdim".

DİA.AZ bildirir ki, bunu barəsində sosial şəbəkələrdə aparılan kampaniyalara münasibət bildirərkən millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qeyd edib.

Deputat daha sonra davam edir: "Sizi beləcə addım-addım tərbiyələndirəcəyəm. Bunların məktəbi zərrə qədər də olsun tərbiyə öyrətməyib. Bizim milli məktəbdə qısa zamanda siz qanıpozuqları Azərbaycana xəyanət edənlərdən, onu sevənlərə çevirəcəyik. Ya əhəlləşəcəksiniz, ya da əhəlləşəcəksiniz!"

Geri qayıt