Əsas Səhifə > Partiya, Güney Press > "Mən əminəm ki, Əli Kərimli razı olardı ki, Qarabağ Ermənistana qalsın..."
"Mən əminəm ki, Əli Kərimli razı olardı ki, Qarabağ Ermənistana qalsın..."3-10-2022, 08:15 |
"AXCP sədri Əli Kərimli icazə olmadığı halda mitinqə cəhd etdi. Biz bu gün Ermənistanla müharibə aparırıq, Ermənistanın dostları üzərimizə gəlir, onlarla şəhid veririk, 30 illik işğalda qalan torpaqları qorumaq üçün gecə-gündüz iş aparılır. Əli Kərimli nə edir? Ermənistan bizim haqqımızda nə deyirsə o da o ritorikanı seçir". DİA.AZ xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib. Razi Nurullayev bildirib ki, ermənilərlə eyni leksikonda danışma yaraşarmı sizə? Ermənistan müxalifəti Paşinyanı Qarabağı itirdiyinə, Prezident İlham Əliyevə, Azərbaycan xalqına uduzduğuna görə devirmək istəyir: Əli Kərimli də Prezident İlham Əliyevə Qarabağı işğaldan azad ediyinə görə qarşı çıxır. Bunun bir adı var: Gözügötürməzlik və qisasçılıq. Mən əminəm ki, Əli Kərimli razı olardı ki, Qarabağ Ermənistana qalsın, amma onu Prezident İlham Əliyev azad etməsin. Bu qədər nifrət və gözügötürməzlik olarmı? Məgər torpaq üzərindən kreslo davası etmək olar? Bütün Ermənistan əhalisi və diasporu İlham Əliyevin bacarıqlarından, diplomatiyasından, qətiyyətindən, qorxmazlığından, vətəninə, torpağına bağlılığından danışır və erməni siyasətçilərinə örnək çəkir. Bir zamanlar Azərbaycanı sərt tənqid edən rus jurnalsitləri indi Azərbaycan Prezidentinin güclü siyasətindən yazır, onu dünyanın ən güclü liderləri ilə müqayisə edir. Məgər bu bizim üçün fəxr deyil? Bu fikirləri oxuyanda mən doğurdan da çox sevinirəm. Nə olsun ki, başqa partiyanın sədriyəm, nə olsun ki, müxalifətçilik edirəm". Razi Nurullayev daha sonra bildirib ki, sevinməmək Qarabağı sevməməkdir. Axı siz heç bir kəndi belə azad etmək iqtidarında deyildiniz: "İlham Əliyev isə dörd Luksemburq boyda ərazini azad edib. Sizlər Azərbaycanı Ermənistan ərazisinə təcavüzdə suçlayırsınızsa, qan analizi verməyiniz tələb olunmurmu? Düz 20 ildir ki, siyasi partiyalar haqqında qanuna dəyişiklik tələb edirdiniz. Indi nə oldu? Bu qanunun yenilənməsi vacibdir, günün tələbidir. Zəhmət çəkib təkliflərinizi verərdiniz. Demək olar ki, əksər siyasi partiyalar iştirakçıdır və təkliflərini verib. Qanunun da cəmiyyətimizin və siyasi partiyaların maraqlarına uyğun qəbul olunması üçün də çalışırıq. Sizə sabitliyi pozmaq, bu həssas məqamda Azərbaycanı zəif salmaq lazımdır ki, bulanıq suda balıq tutasınız. Unudursunuz ki, daha balıqlar da bulanıq sudan qaçır, təmiz, duru, şəffaf suda yaşamağa üstünlük verirlər. Şəffaf olun, saf olun, durulaşın!" Geri qayıt |