Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycanın qurucu, bərpaedici və humanist siyasəti göz önündədir"
"Azərbaycanın qurucu, bərpaedici və humanist siyasəti göz önündədir"6-10-2022, 08:44 |
Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verib. Məlumata görə, sözügedən şəxslərdən 4-ü yaralıdır və onların müalicəsi üçün bütün lazımi tədbirlər görülüb. Bildirilib ki, bu proses beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb. Erməni hərbçilərin yaxın zamanlarda Ermənistana təhvil verilməsi gözlənilir. Qeyd edək ki, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Azərbaycanın bu humanist addımını alqışlayıb. O, ABŞ-ın dayanıqlı sülhün razılaşmasına nail olmaq üçün davam edən səyləri dəstəkləməyə davam etdiyini vurğulayıb. DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Vüqar İskəndərov Cebhe.info-ya açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da erməni vandallığı davam edir: “Ermənilər hələ də sərhəddə təxribatlar törədir və bölgələrimizə yeni istehsal olunmuş minalar basdırırlar. Bu müddət ərzində 250-dən yuxarı vətəndaşımız ya həlak olub, ya da yaralanıb. Həmçinin, ermənilərin dağıdıcı xisləti, Azərbaycanın isə qurucu, bərpaedici və humanist siyasəti göz önündədir. Erməni faşistləri qədim yurdlarımızı viran qoyub və yer üzündən tamamilə siliblər. Dünyanın bir çox ölkələrindən gələn beyin mərkəzlərinin nümayəndələri, siyasətçilər, dövlət başçıları və parlament üzvləri bütün bu vəhşilikləri gözləri ilə görürlər. Eyni zamanda, Azərbaycanın qurucuq işləri apardığını və humanist dəyərlərə böyük önəm verdiyinin də şahidi olurlar. Bunlar, iki dövlətin bugünkü reallıqlarıdır”. Millət vəkili vurğulayıb ki, həm müharibədə, həm də müharibədən sonrakı təxribatlarda ələ keçirilən erməni hərbçiləri Azərbaycan tərəfindən qeyd-şərtsiz qarşı tərəfə təhvil verlir: “Həmçinin, burada saxlandığı müddətdə onlarla olunan humanist davranış bütün beynəlxalq konvensiyalara uyğundur. Bu, bir daha Azərbaycan dövlətinin beynəlxalq hüquqa, onun norma və prinsiplərinə sadiq olduğunu bariz nümunəsidir. Postmüharibə dövründə də bir qrup erməni diversantı Azərbaycan ərazilərinə soxuldu və hamısı hərbçilərimiz tərəfindən tutuldu. Ağır cinayət törədənlərin mühakimə olundu. Digərləri isə yenə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə qarşı tərəfə qaytarıldı. Burada rəsmi Bakı yenə də öz humanist niyyətini ortaya qoymuş oldu. 12-13 sentyabr tarixlərində Ermənistanın hərbi birləşmələri tərəfindən sərhəddə törədilən təxribata da Azərbaycan düşmənə layiqli cavab verdi. Belə ki, Ermənistanın xeyli sayda hərbi texnikası, milyard dollardan artıq dəyəri olan iki “S-300” raket kompleksi, 200 nəfərə yaxın canlı qüvvəsi, çox sayda hərbi obyekti və onlarla postu məhv edildi. Bunlar bir daha Ermənistanın necə rəzil durumda olduğunu göstədi. Həmin təxribatlar nəticəsində əsir düşən 17 hərbçini isə qarşı tərəfə geri qaytardıq”. Deputat Azərbaycanın hər dəfə olduğu kimi bu dəfə də öz humanistliyini nümayiş etdirdiyini deyib: “Bu bir daha azərbaycanlı kimliyini və Azərbaycan dövlətinin beynəlxalq humanitar dəyərlərə və humanizm prinsiplərinə necə sadiq olduğunu bütün dünyaya göstərdi. Ölkə başçısının dəfələrlə beynəlxalq platformalarda qeyd etdiyi kimi, biz ermənilərdən fərqli olaraq başqa dəyərlərlə böyüyüb tərbiyə almışıq. Bəşəri və humanist dəyərlər bizim qanımızdadır. Biz bu dəyərlərlə böyüyüb boya-başa çatırıq, tərbiyə alırıq. Təəssüf ki, hələ də bunu qarşı tərəfdən görmürük”. Geri qayıt |