Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan ATƏT-in Minsk qrupunu “dəfn edib””
“Azərbaycan ATƏT-in Minsk qrupunu “dəfn edib””7-10-2022, 08:16 |
Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin beynəlxalq təşkilatlar, Qərb və Avropa dövlətləri tərəfindən görülməməsi ikili standartların bariz nümunəsidir. Bu günə qədər Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin heç birinə beynəlxalq səviyyədə reaksiya verilməyib. Baxmayaraq ki, Azərbaycan bu məsələləri dəfələrlə gündəmə gətirib, dünya ictimaiyyətinin diqqətinə çatdırıb, amma Azərbaycanın haqq səsi eşidilməyib. Amma ermənilərin özlərinin hazırladığı yalançı, təxribat xarakterli videolara görə 30 il işğala susan təşkilatlar, dövlətlər Azərbaycanı qınamağa başladılar. Silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin bu gün keçirilən birgə brifinqdə ictimaiyyətə təqdim edilən faktlara diqqət etsək, beynəlxaql təşkilatların Azərbaycana qarşı mövqeyinin nə dərəcə qərəzli olduğunu görmək mümkündür. Baş Prokurorluğun məlumatlarında xülasələr: *Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib; *Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında ekoloji cinayət törətmiş şirkətlərin məxsus olduğu ölkələr Azərbaycanla əməkdaşlıq etmək istəmir; *Ermənilərə qarşı 212 cinayət işi başlanıb; *Atəşkəsdən sonra 34 nəfər ermənilərin basdırdığı minaya düşərək həlak olub; *1991-2022 tarixləri arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib; *Ermənistanın hüquqpozması nəticəsində 1988-1994-cü illərdə 3890 azərbaycanlı itkin düşüb. Bunlar Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində səslənən faktların bir neçəsidir. Erməni təcavüzünü görmək üçün isə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayət edir. Prezident İlham Əliyevin Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı da xüsusilə bu məqamlara toxunması heç də təsadüfi deyil. Prezident İlham Əliyev işğaldan azad olunan Ağdamdan bir daha Ermənistana qahmar çıxanlara səsləndi. “Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar”, - deyə İlham Əliyev vurğulayıb. Beynəlxalq aləmin Ermənistana münasibətini, Azərbaycana qarşı qərəzini 30 il ərzində hər birimiz görmüşük. Təəssüf ki, bu gün də onlar ikili standartlarını davam edirirlər. Erməni təxribatına beynəlxalq aləmin verdiyi reaksiya bir daha bunu sübut etdi. DİA.AZ-ın məlumatına görə, deputat Bəhruz Məhərrəmov məsələ ilə bağl Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanın ATƏT-in sabiq Minsk qrupu ilə bağlı ifadə etdiyi mövqe ədalətli, məntiqli və beynəlxalq hüquqa uyğundur: “Biz 30 il ərzində münaqişənin nizamlanmasına yardım edəcək bütün formatları dəstəkləmişik. Münaqişə başa çatdıqdan sonra isə yekun sülh müqaviləsi üzrə bütün platformalara, Moskva, Soçi, Brüssel, Vaşinqton təmasa açıq olduğumuzu göstərdik. Amma mexanizm ədaləti və beynəlxalq hüququ dəstəkləməyə yox, tərəflərdən birinin, həm də ədalətsiz və təcavüzkar olanı dəstəkləyəcəksə, təbii ki, biz o institutun parçası ola bilmərik. Cənab Prezident də Ağdamda, Milli Şəhərsalma Forumunda məhz bu haqlı və qətiyyətli mövqeyi ortaya qoyaraq rəsmən bəyan etdi ki, Minsk qrupunun fəaliyyəti dövründə təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa, faktiki sürətdə erməni təcavüzünü legitimləşdirməyə çalışıblar. Cənab Prezident məhz buna görə Minsk qrupunu yenidən canlandırmaq istiqamətində bəzi səyləri dəstəkləməyəcəyimizi bəyan etdi. Dövlət başçısının sabiq qrupla bağlı digər mühüm tezisi onların gördükləri cinayətlərə münasibətdə hərəkətsizliyi ehtiva edən saxtakar və qərəzli mövqeyi ilə bağlı oldu: "Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin 28 illik fəaliyyətləri dövründə Ermənistanı qınamaq üçün bir söz belə deyilməyib"”. Deputat hesab edir ki, necə ki, 44 günlük savaşla Azərbaycan özü beynəlxalq hüququ bərpa etməklə Minsk qrupunu adlı təsisatı “dəfn etdi”, cənab İlham Əliyevin Ağdam bəyanatı da Minsk qrupunu bərpa etmək istəyənlərin özlərinin üzərindən böyük bir xətt çəkib onlara yerini göstərdi. Geri qayıt |