Əsas Səhifə > Partiya, Güney Press > “Erməni cinayətlərilə bağlı beynəlxalq konfrans keçirilsin”

“Erməni cinayətlərilə bağlı beynəlxalq konfrans keçirilsin”


10-10-2022, 12:13
“Erməni cinayətlərilə bağlı beynəlxalq konfrans keçirilsin”
“Beynəlxalq nümayəndələrin iştirakı ilə erməni cinayətlərilə bağlı konfransın keçirilməsini təklif edirəm”.

DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn səsləndirib.

“Mütəxəssislər, siyasətçilər, tarixçilər, jurnalistlər dəvət edilsin. Ən azı ilk növbədə Türk Dövlətləri Təşkilatının nümayəndələrini dəvət edə bilərik”, - Pənah Hüseyn əlavə edib.

AXP sədri qeyd edib ki, beynəlxalq hüquq böhran keçirir:

“Ukraynada bunu canlı olaraq görürük. Düşünürəm ki, yaxın gələcəkdə bu istiqamətdə vəziyyət daha da pisləşəcək. Ermənilərin yenidən strategiya dəyişikliklərini müşahidə edirik. Biz də uyğun olaraq, buna qarşı cavab tədbirlərinə hazır olmalıyıq”.

Geri qayıt