Əsas Səhifə > Partiya, Güney Press > Ermənilər nədən `Dəmir Yumruğ`un TUMARINA bu qədər həvəslidirlər...

Ermənilər nədən `Dəmir Yumruğ`un TUMARINA bu qədər həvəslidirlər...


19-10-2022, 08:38
Ermənilər nədən `Dəmir Yumruğ`un TUMARINA bu qədər həvəslidirlər...
Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Görünən odur ki, ermənilərin təxribatları davam edəcəyi təqdirdə, növbəti dəfə “Dəmir yumruq” işə düşə bilər.

Milli Məclisin deputatı Vüqar İskəndərov açıqlamasında bildirib ki, bu eskalasiya davam edən sülh danışıqlarına və bölgədə kommunikasiyaların açılması sahəsində görülən işlərə böyük ziyan vura bilər:

“Ermənilər bu təxribatları törətməklə danışıqlar prosesinə zərər vurmaq yolunu tutublar. Digər məsələ isə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini iri çaplı pulemyotlardan atəşə tuturaq atəşkəsi pozmasıdır. Bu isə kövrək olan sülhün pozulmasına və danışıqların ləngidilməsinə hesablanıb. Düşünürəm ki, Ermənistan doğru yolda deyil. Hazırda rəsmi İrəvan Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqları üçün təklif etdiyi 5 maddəlik sənədin müddəalarına əməl etmir, üzərinə götürdüyü öhdəlikləri pozmağa çalışır”.

Millət vəkili vurğulayıb ki, bütün bu təxribatlar Ermənistanın ziyanınadır:

“Unutmasınlar ki, “Dəmir yumruq” yerindədir. Əgər düşmən növbəti təxribata əl atsa, Azərbaycan Ordusunun cavabı qətiyyətli olacaq. Təbii ki, bu, arzuolunan deyil. Çünki biz bölgəyə sülhün gəlməsi tərəfdarıyıq. Cənab Prezident və xarici işlər nazirimiz tərəfindən bunun üçün diplomatik danışıqlar gedir. Əlbəttə, təxribatlar bu və ya digər formada davam etsə, Azərbaycanın cavab vermək hüququ olacağını unutmaq olmaz. Bütün məsuliyyət isə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.

Geri qayıt