Əsas Səhifə > Partiya, Güney Press > "Sülh müqaviləsini imzalamasa, Ermənistan özü boyda koridora çevriləcək"
"Sülh müqaviləsini imzalamasa, Ermənistan özü boyda koridora çevriləcək"22-10-2022, 09:25 |
"Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub". Bu barədə Milli Məclisin dünənki iclasında deputat Zahid Oruc deyib. Parlament üzvü vurğulayıb ki, Avroparlament və AŞ PA-nın "Ermənistan ərazilərinin ələ keçirilməsindən" danışması, qlobal medianın apardığı kampaniya, Avropa Birliyindən Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi regionda silahlı toqquşmalara zəmin hazırlayır: "Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb. Qərbin hazırkı mülki kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək. Erməni mətbuatı hərbi təlimlərdə İran inqilab keşikçilərinin Bakını ələ keçirməyi simulyasiya etdiklərini yazır. Halbuki, baş örtüyü tələbinə qarşı ayağa qalxan milyonlarla insanın etirazını söndürməmiş Araz çayını keçməyi məşq etməyin hədəfi biz ola bilmərik. İran ordusu “Zəngəzur dəhlizi”nin deyil, “Araz koridoru”nun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır. Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirər. Qoşunlarını sərhəddə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər". Deputat bəyan edib ki, hadisələr düz yüz il əvvəlki senari üzrə gedir: "Tarix təkrarlanır. Bir əsr qabaq da Osmanlıdan üz döndərən erməni liderləri əvvəlcə rus çarına sığındılar. Sonra 1-ci Dünya müharibəsində məğlub olan Rusiya imperiyasının xeyirxahlığını və yardımını unudub Vudro Vilsondan himayə, arbitraj qərarı və ordu istədilər. O vaxt da indiki kimi amerikalı general Harbord köməyə gəldi, lakin Ermənistana ərazini və dövləti bolşeviklər verdi. Ona görə də Paşinyan 1-ci erməni respublikasının baş naziri Amazasp Ohancanyanın yolunu gedir. “5000 rus əsgərini çıxar, biz ordu göndərək” deyən dövlətlərə sığınır. Halbuki, Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər. Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü boyda koridora çevriləcək. Biz İran, Rusiya, Amerika, İsrail və bütün dövlətləri Türkiyə lideri kimi gəlib azad torpaqlarda İlham Əliyevlə sülh və quruculuq müqaviləsi imzalamağa çağırırıq". Geri qayıt |