Əsas Səhifə > Partiya, Güney Press > "İranla təmkinli davrandıqca Tehran molla rejimi təhlükəsizliyimizi təhdid edir"

"İranla təmkinli davrandıqca Tehran molla rejimi təhlükəsizliyimizi təhdid edir"


24-10-2022, 08:15
"İranla təmkinli davrandıqca Tehran molla rejimi təhlükəsizliyimizi təhdid edir"
"İranın sərhədlərimizdə keçirdiyi hərbi təlim Azərbaycanı müharibə ilə hədələməkdir".

DİA.AZ xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitikin fikrincə, Azərbaycan Güney Azərbaycan məsələsini rəsmi səviyyəyə qaldırmalı, mühacir güneyliləri Bakıya dəvət edərək bir konfrans keçirilməsi vacibdir:

"Güneydə İran rejimi tərəfindən həbs edilən siyasi fəalların azad olunması istiqamətində komitə yaradılmalıdır. İrana qarşı əlimizdə rıçaqları işə salmalıyıq. İranın Ukraynaya qarşı müharibədə Rusiyanı silahlandırmasi Avropanın bu ölkəyə sanksiyalar tətbiq etməsi ilə nəticələnəcək. İran Azərbaycana qarşı hərbi əməliyyatlar keçirə bilməz. Türkiyə ilə toqquşa bilər".

Ekspert qeyd edib ki, İran daim Ermənistanla birgə anti-Azərbaycan siyasəti ortaya qoyub:

"İranla təmkinli davrandıqca Tehran molla rejimi təhlükəsizliyimizi təhdid edir. Buna cavab olaraq Azərbaycan İsraildə öz səfirliyini açmalıdır".

Geri qayıt