Əsas Səhifə > Partiya, Güney Press > "Bu dövlətin lideri dünya liderləri arasında ən ön cərgədə dayanır"
"Bu dövlətin lideri dünya liderləri arasında ən ön cərgədə dayanır"24-10-2022, 08:31 |
"Bu gün dünya nizamı pozulub. Beynəlxalq hüquq işləmir. Dünyadakı beynəlxalq münasibətlər sisteminin adını qoymaq özü çətin məsələdir. Belə olan vəziyyətdə böyük dövlətlərin liderləri baş verənləri müşahidəçi statusunda izləyirlər. Milyonlarla insan Avropa paytaxtlarına üz tuta bilər. Bu, böyük fəlakətə gətirib çıxara bilər. Belə olan halda dünya liderləri baxırlar, qaşlarını çatırlar, barmaqlarını gicgahlarına qoyub xəyala dalırlar". DİA.AZ xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov müharibələrin, fəlakətlərin fonunda formalaşacaq yeni dünya nizamını şərh edərkən deyib. Deputat yeni nizamın formalaşmasında Türkiyənin əhəmiyyətini və Ərdoğanın rolunu ön planda dəyərləndirib: "Belə vəziyyətdə isə cənab Ərdoğan dövlət nümayəndələrini İstanbula topladı və yeni qərarların qəbul edilməsinə nail oldu. Bəs qlobal lider belə olur... Ona görə də hesab edirəm ki, bu gün dunya nizamında Türkiyə dövlətinin müstəsna rolu var. Türkiyə NATO -da öz gücünə görə ikinci dövlətdir. Türkiyə dünyada iqtisadi gücünə görə on altıncı yerdədir. Bugünkü Türkiyənin dünyada söz sahibi olmasında, formalaşmasında cənab Rəcəb Tayyib Ərdoğanın tayı-bərabəri yoxdur, misilsizdir. Bunu açıq şəkildə də demək lazımdır. Dünya müharibəsi təhlükəsi bu gün Hindistanla Pakistan arasında deyil, Rusiya və Qərb arasında daha çox inandırıcı görünür". Deputat bildirib ki, Türkiyə dünyada real güc mərkəzidir: "Bu gün kütləvi informasiya vasitələrində həm Türkiyənin, həm Rusiyanın, həm Qərbin yayılmış məlumatı ətrafında bir məqam diqqəti cəlb edir. Üçüncü Dünya müharibəsinə sürükləyən məsələlərin aradan qaldırılması üzərində müzakirələrin başlayacağının anonsu verilməkdədir. Nə dərəcədə düz olacaq deyə bilmərəm. Amma bu fikirlər səslənməkdədir. Qərb ilə Rusiya arasında danışıqlar prosesinin təşəbbüskarı və vəsitəçisinin Türkiyənin olacağı ilə bağlı məlumatlar yayılıb. Əgər bu baş tutsa, hesab edirəm ki, bundan sonra bir daha ona dəlalət edəcək ki, doğrudan da Türkiyə bu gün qlobal sülhün, təhlükəsizliyin təminatında əsas açar dövlətdir. Bu dövlətin lideri dünya liderləri arasında ən ön cərgədə dayanır. Əgər bu məsələni Türkiyə həll etməsə, deməli, digərləri də həll edə bilməyəcək. Bu gün dünya ictimaiyyətində bu fikir daha çox formalaşıb". Geri qayıt |