Əsas Səhifə > Partiya, Güney Press > Noyabrın 8-də əfv fərmanı gözlənilirmi?
Noyabrın 8-də əfv fərmanı gözlənilirmi?24-10-2022, 09:56 |
Qarşıdan 8 Noyabr-Zəfər Günü gəlir. Bu möhtəşəm günlə bağı geniş tədbirlər həyata keçiriləcək. Sosial medida yayılan xəbərlərə görə isə həmin gün əfv fərmanının da imzalanacaq. DİA.AZ bildirir ki, məsələni dəqiqləşdirmək üçün Bizim.Media Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevlə əlaqə saxlayıb. Nuriyev noyabrın 8-i ilə əlaqədar əfv fərmanının veriləcəyini düşünmür: “Bu məsələ sözsüz ki, Azərbaycan Prezidentinin konstitusion hüququdur. Amma hər halda bu il əfv fərmanı olub. Eyni amanda cari ildə amnistiya aktı da icra olunub. Ona görə də 8 noyabr-Zəfər Bayramı ilə bağlı növbəti əfv fərmanının ola biləcəyini düşünmürəm. Bu istiqamətdə hər hansı bir iş aparılmayıb və ona görə də gözlənilmir”. Geri qayıt |