Əsas Səhifə > Partiya, Güney Press > Pənah Hüseyn pensiya yaşına çatdı
Pənah Hüseyn pensiya yaşına çatdı29-10-2022, 09:01 |
Sabiq Baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin 65 yaşı tamam olub. DİA.AZ-ın Pravda.az-a istinadən xəbərinə görə, bununla da P.Hüseyn pensiya yaşına çatmış hesab olunur. Qeyd: O, 1957-ci ildə Sabirabad rayonunda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1980–1983-cü illərdə Sabirabad rayonunda kənd orta məktəbinin müəllimi, rayon tarix muzeyinin işçisi olub. 1986-cı ildən Azərbaycan Fəlsəfə və Hüquq İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 1988–1991-ci illərdə azadlıq hərəkatında iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət katibi, 1993-cü ilin aprel ayından iyun ayınadək Azərbaycan Respublikasının baş naziri vəzifəsində işləyib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Rus və ingilis dillərini bilir. Geri qayıt |