Əsas Səhifə > Partiya, Güney Press > Deputat Xankəndidə boy göstərən ermənilərə belə reaksiya verdi...

Deputat Xankəndidə boy göstərən ermənilərə belə reaksiya verdi...


31-10-2022, 08:37
Deputat Xankəndidə boy göstərən ermənilərə belə reaksiya verdi...
DİA.AZ: - Xankəndidə ermənilərin, əslində Azərbaycana BOY GÖSTƏRMƏ kimi qəbul edilən məlum aksiyasının arxasında kimlərin, hansı qüvvələrin dayandığı, hansı mərama xidmət etdiyi hər kəsə gün kimi aydındır. DİA.AZ bildirir ki, 44 günlük savaş boyunca ağızları ovulan və dallarına (məhz dallarına -red.) baxmadan qaçan erməni yığınının bu sayda birdən-birə Xankədidə peyda olmasına Bakının gərəkən cavabı verəcəyi də şəkksizdir. Hər halda, kimlərsə inanmır ki, Azərbaycan Vətən Savaşında oğullarımızın qanı və canı hesabına əldə etdiyimiz nəticəni hansısa oyunbazlıqlara qurban versin.

Bu olaya münasibətini bildirən deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da maraqlı açıqlaması ilə diqqətə gəlib. DİA.AZ deputatın qeydini təqdim edir:

"Xankəndində yığışıb deyirlər ki, Arçax heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Əlbəttə, Arçax özü olmayacaqsa, Azərbaycanın tərkibində necə olsun? Əvəzində isə Qarabağ Azərbaycanın tərkibindədir. Sizlər adam kimi Azərbaycanın tərkibində olmaq istəməsəniz, digər canlı məxluqlardan biri kimi tərkibimizdə hökmən olacaqsınız!"

Geri qayıt