Əsas Səhifə > Partiya, Güney Press > "İranın məsuliyyətsiz, destruktiv davranışlarına son verməyin vaxtı artıq gəlib çatıb"
"İranın məsuliyyətsiz, destruktiv davranışlarına son verməyin vaxtı artıq gəlib çatıb"4-11-2022, 10:37 |
"İran səfirliyi doğrudan da təxribatla məşğuldur. Əvvəllər özünü bizə formal da olsa "dost" kimi göstərən İran İslam Respublikası hazırda üzdən "dost" kimi davranmağa da ehtiyac duymur". Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, bu ölkə Azərbaycana qarşı açıq-aşkar düşmənçilik siyasəti yürüdür: "Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyat keçirərək İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi də İranın bizə qarşı düşmənçiliyinin miqyasını göstərir. Rəsmi məlumatda İranın Azərbaycandakı səfirliyinin adının keçməsi Tehranın iç üzünü açıb ortaya qoyur. Səfirlik hara, təxribatla məşğul olmaq hara? Səfirlik maşını nə vaxtdan iki ölkənin sərhədindən qanunsuz yüklərin daşınması üçün vasitə olub? İran səfirliyinə məxsus avtomaşınla bizim ölkəmizə bizim milli maraqlarımıza zidd olan təbliğat-təşviqat vasitələrinin daşınması fars-molla rejiminin xalqımıza qarşı, ölkəmizə qarşı necə dərin nifrət bəsləməsinin göstəricisidir. Bu rejim artıq hətta diplomatik qalmaqal yaşanacağından da çəkinmir". Ə.Hüseynov vurğulayıb ki, İranın hakim rejimi Ermənistanı himayə etmək və Azərbaycanın mövqelərinin zəiflədilməsi üçün hər cür məkrli vasitələrə əl atır: "DTX-nin son əməliyyatı İranın istər dini-mənəvi sahədə, istərsə də digər istiqamətlər üzrə həmişə ölkəmizə qarşı təxribat işləri apardığını bir daha təsdiqləyir. Lakin İranın bu cür məsuliyyətsiz, destruktiv davranışlarına son verməyin vaxtı artıq gəlib çatıb. Biz təhlükəsizlik orqanlarımızın bu istiqamətdə fəaliyyətlərini təqdir edirik. İranın ölkəmizdə pozuculuq-təxribat işləri ilə məşğul olan əlaltılarına qarşı mübarizə bundan sonra daha da genişlənəcək. Azərbaycan İran üçün Suriya, İraq və ya Livan deyil. Cənub qonşumuzun Azərbaycana qarşı təxribatçı siyasəti sonda bumeranq kimi İranın özünə qarşı qayıda bilər. İşğalçı Ermənistanın baş nazirini "bismillah"la qarşılayan mollalar yaxşı olar ki, odla oynamasınlar". Geri qayıt |