Əsas Səhifə > Partiya, Güney Press > "İrana qarşı yeni sanksiyaların effekti azdır"
"İrana qarşı yeni sanksiyaların effekti azdır"7-11-2022, 08:07 |
G7 xarici işlər nazirləri İranı məsuliyyətə cəlb etmək istəyir. Buna səbəb kimi 2020-ci ilin yanvarında İran tərəfindən “Boeing” təyyarəsinin vurulmasıdır. Bu barədə G7 ölkələrinin xarici işlər nazirlərinin birgə bəyanatında qeyd edilib. Bəyanatda həmçinin İran dövlətlərə və qeyri-dövlət subyektlərinə pilotsuz təyyarələrin ötürülməsində ittiham olunub. Həmçinin, həbs olunan etirazçıların azad edilməsi ilə bağlı İrana çağırış edilib. G7-nin xarici işlər nazirləri İran tərəfindən ikili vətəndaşlığı olan və xarici vətəndaşların saxlanmasını da pisləyib. DİA.AZ bildirir ki, eyni zamanda, İranın nüvə silahı əldə etməsinə yol verilməməsi barədə qərar verilib. İran həmçinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində Beynəlxalq Atom Enerjisi üzrə Agentliklə “qeyri-kafi əməkdaşlıqda” ittiham edilib. G7 hesab edir ki, İran nüvə sazişinin bərpası üçün lazımi şərtləri yerinə yetirməyib. İqtisadi sanksiyaların dünya siyasətində çox önəmli effekti olmadığını deyən Azərbaycan Demokrat Partiyasının sədr müavini, politoloq Həsrət Rüstəmov “Sherg.az”a açıqlamasında vurğulayıb ki, belə sanksiyalarla, ciddi siyasi nailiyyətlərin əldə olunacağını düşünmür: “Məsələn, Rusiyaya qarşı sanksiyaları götürsək, artıq 1 ilə yaxındır ki, davam edir. Lakin öz məqsədinə çataraq, Kremli çökdürə bilməyib. Doğrudur, Rusiyaya ziyan dəydi. Amma bu ziyan təkcə şimal qonşumuza deyil, sanksiyaları tədbiq edən ölkələrə də təsir göstərdi. Bu baxımdan yanaşdıqda İrana qarşı yeni sanksiyaların effekti azdır. Onsuz da onlar uzun müddətdir, təcrid olunmuş vəziyyətdədir. Yəni yeni sanksiyalar, İranın aqressiyasına təsir etməyəcək. Burada sanksiyaların əksinə, rəsmi Tehranın daxilindəki siyasi prosesləri izləmək və oradakı Azərbaycanlılara dəstək vermək lazımdır. Necə ki, Azərbaycan prezidenti də bu istiqamətdə bəyanat verdi, hökumət də qiyabi fəaliyyətə keçməlidir. Bu baxımdan da cənublu qardaşlarımızın və İranın daxilindəki demokratik proseslərin dünya dövlətləri tərəfindən dəstəklənməsi işə fayda verə bilər". Geri qayıt |