Əsas Səhifə > Partiya, Güney Press > "Bu etirazların nə qədər davam edəcəyini demək mümkün deyil"

"Bu etirazların nə qədər davam edəcəyini demək mümkün deyil"


6-12-2022, 08:47
"Bu etirazların nə qədər davam edəcəyini demək mümkün deyil"
"İranda əxlaq polisinin ləğv olunması xalqın mübarizəsinin göstəricisidir".

DİA.AZ bildirir ki, bunu Ağ Partiya sədri Tural Abbaslı Sitat.info-ya açıqlamasında deyib.
"İranda baş verən xalq etirazları günü-gündən böyüyür. Bu etirazların nəticəsi olaraq əxlaq polisinin ləğv olunmasını göstərə bilərik. Bu xalqın mübarizəsinin göstəricisidir. Artıq, molla rejimi başa düşüb ki, daxildəki repressiyalarla və ya insanları güllələməklə, edam etməklə nəyisə düzəldə bilməyəcək. Elə buna görədir ki, güzəşt etməyi seçdi".

T.Abbaslı hesab edir ki, əxlaq polisinin ləğv edilməsi heç də oradakı hərəkatın sakitləşməsinə səbəb olmayacaq: " Çünki insanlar təkcə əxlaq polisinin davranışına yox, rejimin özünə etiraz edirlər. Rejimin onları hüquqsuz, ədalətsiz idarə etməsinə qarşı çıxırlar. Etirazçıların tək istədiyi normal bir qurumdur. İranlı qadının ölümü bu aksiyalara bir qığılcım oldu. Bu etirazların nə qədər davam edəcəyini demək mümkün deyil. Bunun üçün tezdir".

Partiya sədri hesab edir ki, istənilən hərəkat bizə xeyirdir: "Daxildəki qarşıdurmalardan fikir yayındırmaq üçün qonşu ölkələrədə hücum edir. Əsasəndə Azərbaycana. Bu etirazların səbəbkarı kimi Amerikanı, İsraili və onların dırnaqarası müttəfiqlərini göstərir. Əslində burda Azərbaycanı işarət edir. Düşünmürəm ki, bu çıxış yoludur. Hərhalda fars-mollarejiminin vəziyyəti qəlizdir".

Geri qayıt