Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil"
"Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil"12-12-2022, 09:18 |
2020-ci il -cü 44 günlük Vətən Müharibəsində qələbədən sonra Ermənistan-Rusiya-Azərbaycan arasında imzalanan üçtərəfli bəyanatın müddəalarına əsasən, Azərbaycan ərazilərinə ik minə yaxın sülhməramlı adı altında Rusiya silahlıları yerləşdirildi. Güya sülhməramlılar Azərbaycan ərazilərinə nəzarət edəcək və tərəflər arasında gərginliyin yaranmasına mane olacaqdı. Sülhməramlıların həmin ərazilərdə yerləşdirilməsi bir şərtinmi, təzyiqinmi və ya təsirinmi nəticəsi idi, deyə bilmərik, amma reallıq budur ki, onlar torpaqlarımızda məskən saldılar. Bu gün isə, özünü bütün dünyaya “artsaxın prezidenti” kimi sırımağa çalışan Araik Arutunyan Rusiyaya müraciət edərək sülhməramlıların ailələrinin bölgədə yaşaması üçün şərait yaradılmasını tələb edib. Yəni azı iki min Rusiya vətəndaşının ərazilərimizdə olması azmış kimi onların ailələri də həmin ərazilərə yerləşdiriləcək?! Yəni, bölgədə aşağı-yuxarı 6 minə yaxın Rusiya vətəndaşının yaşayacağı gözlənilir. Əslində sülhməramlılarını bölgəyə yerləşdiriən Putinin məqsədi əvvəldən sülhməramlı deyildi. Bölgəyə nəzarəti itirməmək, Ermənistanın güclənməsi üçün vaxt qazanmaq idi əsl məram. DİA.AZ-ın məlumatına görə, “Ağ partiya”-nın sədr müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirir ki, imperialist dövlətlərin “sülhməramlı” adlandırılan kontingenti bu günə qədər heç bir yerə sülh gətirməyib. Bunun Bosniya, Afrika ölkələri və digər sübutları var dünyada. Hamıya məlumdur ki, əslində Qarabağda müharibənin səbəbi Rusiyadır. Belə olmasaydı, Ermənistan ümumiyyətlə, Cənubi Qafqazda dövlət kimi var olmazdı. Əhəd Məmmədli Əhəd Məmmədli “Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil. Güclü Azərbaycanın arxasında güclü və böyük Türkiyə var. Müharibədə qələbə çalmış bir Azərbaycan var. Azərbaycan da artıq öz tələblərini qoymağa başlayıb. Bunu da unutmayaq ki, indiki real durum Rusiyanı çətin vəziyyətə salıb. Rusiyanın Azərbaycan və Türkiyəyə ehtiyacı var”,- deyən politoloq qeyd edib ki, bu vəziyyətdən və bu imkandan Azərbaycan maksimum yararlanmalı və sülhməramlıların müddəti bitənə qədər onları ərazidən çıxarmağa müvəffəq olmalıdır. Geri qayıt |