Əsas Səhifə > Partiya, Güney Press > Kiçik partiyalardan YAP-a alternativ yaradılır
Kiçik partiyalardan YAP-a alternativ yaradılır26-12-2022, 16:58 |
"Siyasi partiyalar haqqında” qanunun qəbulu kiçik partiyaların bir mərkəzdə birləşəcəyi ideyasını gündəmə gətirib. DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya daxil olan məlumata görə, yaxın günlərdə Böyük Quruluş Partiyası, AĞ Partiya, Azərbaycan Xalq Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası və başqa təşkilatların birləşməsi gözlənilir. Daha dəqiqi bu təşkilatların bazasında yeni partiya təsis olunacaq. Mənbənin məlumatına görə, bəzi kiçik partiyaların qarşısnda belə bir tələb qoyulub – "qeydiyyat problemi ilə üzləşmək istəmirsinizsə, birləşin, sədr seçin və qanunun imkan verdiyi imtiyazlardan bəhrələnin”. Məlumatı verən mənbə bildirir ki, birləşmiş partiyanın sədrinin seçilməsi təşkilatların öhdəsinə buraxılıb. Lakin yeni partiyaya rəhbərlik Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevə tapşırıla bilər. Məlumatda o da qeyd olunur ki, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn birləşmək təklifini rədd edib. "Mən heç bir partiyaya birləşməyəcəyəm. Kim istəyirsə, gəlib mənim partiyama birləşə bilər”, - deyə o, birləşmək təklifini gətirən "elçi”yə bildirib. Məsələni araşdırmaq üçün Pənah Hüseynlə əlaqə saxladıq. DİA.AZ-ın məlumatına görə, partiya sədri Qaynarinfo-ya açıqlamasında ona belə bir təklifin edilmədiyini deyib: "Mən heç bir partiya ilə birləşmək fikirində deyiləm, nə də mənimlə birləşmək fikirini bəyan edən bir partiya var”. DİA.AZ-ın məlumatına görə, AĞ Partiya başqanı Tural Abbaslı da Qaynarinfo-ya bildirib ki, rəhbrəlik etdiyi təşkilatın hər hansı bir partiyaya birləşməsindən söhbət gedə bilməz: "Bu gün Azərbaycanın ən güclü, real partiyası bizik. Mən niyə kiməsə birləşməliyəm? Kimsə birləşmək istəyirsə, müraciət eləsin, müzakirə edək. AĞ Partiyanın kiməsə ehtiyacı yoxdur. Xırda partiyaların 5 min imza yığmaqla bağlı problemi varsa, bu onların problemidir. Biz bu gün yeni üzvlər qəbul edirik, başqa partiyada belə hal olduğunu düşünmürəm. Özümüzün proqramımız və ideoloji xəttimiz var, kiminləsə birləşmək arzusunda deyilik”. Mənbənin verdiyi məlumata görə, yeni ilin ilk aylarında bir-neçə partiya vahid mərkəzdə birləşdiyini elan edəcək, daha sonra isə bu prosesə digər siyasi təşkilatlar qoşulacaq. Məlumatda o da iddia edilir ki, artıq bu məsələ ilə bağlı qərar qəbul edilib. Birləşmiş partiyanın gələcəkdə lideri və prezidentliyə namizədi isə daha geniş eloktorata malik olan şəxs ola bilər. Hələlik o şəxs prosesdən kənardadır və vaxtı çatanda "daha geniş birlik” çağırışı ilə birləşmiş partiyanı öz çətiri altına yığacaq. Geri qayıt |