Əsas Səhifə > Partiya, Güney Press > "Laçın yolunun taleyi həll olunmalıdır"

"Laçın yolunun taleyi həll olunmalıdır"


4-01-2023, 08:48
"Laçın yolunun taleyi həll olunmalıdır"
"Qarabağla bağlı gözləntilərimiz çoxdur. Əsas gözləntilərimiz hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgələrdə Azərbaycanın suverenliyinin bərpa olunmasıdır".

DİA.AZ bildirir ki, bu sözləri Moderator.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

Partiya sədri əlavə edib ki, bu proses ilk növbədə Azərbaycan vətəndaşlarının Xankəndiyə, Xocalıya və Xocavəndə qayıdışlarının təmin olunması ilə başlamalıdır:

"Çünki hazırda Xankəndi qeydiyyatlı 15 min vətəndaşımız var ki, onlar hələ də Xankəndiyə gedə bilmirlər və rus sülhməramlıları buna şərait yaratmırlar. Ən yaxşı halda, Laçın yolunun taleyi həll olunmalıdır. Düşünürəm ki, Laçın yolu artıq öz funksiyasını bitirmiş sayılmalıdı və təbii ki, Laçın yolu ilkin mərhələdə Azərbaycanın yolun buraxılış hissəsində, yəni, Azərbaycan-Ermənistan şərti sərhədində Azərbaycan sərhəd qoşunları və təbii ki, gömrük xidməti fəaliyyətə başlamalıdır".

Partiya sədri əlavə edib ki, ikinci mərhələdə yolun artıq birdəfəlik bağlanmasından söhbət getməlidir:

"Çünki 2 ildən artıqdır ki, bu yol fəaliyyət göstərir və həmin ərazilərdə olan ermənilər öz seçimlərini yerinə yetirmiş olmalı idilər. Yəni, ya Azərbaycan vətəndaşlığını qəbul edirlər, Azərbaycan Qanunvericiliyini qəbul edirlər, separatçı şüarlardan əl çəkirlər, ya da ki, Laçın dəhlizi vasitəsiylə rədd olub gedirlər".

"Təbii ki, çox arzulayardım ki, bu il biz həm də rus sülhməramlılarını birdəfəlik Azərbaycandan çıxaraq və rusların burdakı yüz illərdən bəri gələn təsir imkanları nəhayət ki, birdədəlik kəsilsin. Nə qədərinə nail olacağıq, nə qədərinə nail olmayacağıq onu zaman göstərəcək"-müsahibimiz fikrini yekunlaşdırıb.

Geri qayıt