Əsas Səhifə > Partiya, Güney Press > "2023-cü il bizim üçün elə də asan il olmayacaq"

"2023-cü il bizim üçün elə də asan il olmayacaq"


5-01-2023, 09:19
"2023-cü il bizim üçün elə də asan il olmayacaq"
DİA.AZ Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin "Təzadlar"a müsahibəsini təqdim edir:

-Azad müəllim, 2023-cü ildə siyasət meydanında bizi nə gözləyir?

-2022 ci il özünə məxsus hadisələrlə tarix oldu... İndi hamını düşündürür ki, 2023-cü il başlayır, xalqımız üçün əsas olan məsələ Ermənistan-Azərbaycan münaqişəsinə sona qoyulacaqmı, bir sözlə, 2023 -cü ilin siyasi hadisələrini necə proqnozlaşdırmaq olar?
Bəli, xalqımız üçün əsas məsələ Ermənistan-Azərbaycan münaqişəsidir, bu məsələyə bir qədər daha geniş pirizmadan baxmaq məqsədəuyğun olardı, yəni bu məsələ beynalxalq müstəviyyə qaldırılmış problemlər siyahısındadır. Problemin qəlizləşməsi dünya siyasətində Rusiya ilə ABŞ maraqlarının açıq müstəvidə toqquşmasından qaynaqlanır. Fikir verirsinizmi, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə həlli müxtəlif platformalarda müzakirə edilir, Moskva, Brüssel, Vaşinqton, hətta rəsmi Tiflisin də vastəçilik təşəbbüsü gündəmdədir. Ermənistan rəhbərliyinin isə qeyri -konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə mane olur. Belə ki, Paşinyan reallığa uyğun olaraq erməni xalqının maraqlarına deyil, ABŞ-ın və Qərbin maraqlarına uyğun davranır, onların təlimatı əsasında fəaliyyət göstərir. Başda ABŞ olmaqla Qərb necə ki, Ukraynanı Rusiyaya qarşı alət kimi istifadə etdi, Zelenskini bu oyunda vasitəyə çevirdilər, indi də Qərb Ermənistanı Rusiyaya qarşı alət kimi istifadə edir, bu məsələdə də Paşinyan kukla rolundadır. Erməni rəsmiləri Rusiya-Ukrayna münaqişəsindən Rusiyanın təkləndiyini düşünərək qərbin dəstəyini almaq istəyir və bu dəstəyin fonunda Azərbaycana təzyiqlər etmək niyyətindədir. Ötən il Fransa Prezidenti Emmanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Mur İrəvana səfər etdilər, Baş nazir Nikol Paşinyanla qapalı müzakirələr apardılar. Bunlar onu deməyə əsas verir ki, Paşinyan iki deyil, üç yol ayrıcındadır. Çaşqınlıq içindədir və bilmir kimin dediyi ilə oturub dursun...


Rusiya-Ukrayna müharibəsi başlamazdan qabaq Kiyevə də belə səfərlər çox olmuşdur, nəticədə Ukraynanı Qərbin cəhənnəminə sürüklədilər. 2022-ci ilin son aylarında Ermənistan rəsmilərinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması, Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi arzusunu dilə gətirməsi, Pelosi, Börns, Makron və Mur... Paşinyana müxtəlif vədlər verərək onu həvəsə gətirərək dəstək vermələri nəticəsində Qarabağa çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi, eyni zamanda Paşinyanın Laçın yolunun açılmasını bəyan edərək Rusiya prezidenti Putinə ultimatium verdiyini və s. yəqin xatırlayırsınız. Əks təqdirdə, Ermənistan KTMT və Avraziya İqrisadi Birliyindən çıxacaq kimi iddialar indi də İrəvan rəsmilərin dilində öz əksini tapmaqdadır. Rəsmi İrəvanın belə cəsarətlənməsi qərbdən gələn dəstəyin nümaişidir. Hadisələrin gedişi ondan xəbər xerir ki, 2023-cü il bizim üçün elə də asan il olmayacaq.
-Belə olan təqdirdə Azərbaycan hansı siyasi tədbirlərini görməlidir?
- Bir nəzəriyyə var: diplomatların və siyasilərin sözü bitəndə hərbiçilərin silahları işə düşür. Ermənisran rəsmiləri sülh istəmirsə, biz məcburuq ki, onları sülhə məcbur etmə əməliyyatı tətbiq edək. Bu əməliyyatı tətbiq etmək üçün bizim həm beynalxalq hüquq baxımdan, həm də siyasi-hərbi reallıq baxımından ciddi əsasımız var. Bildiyiniz kimi, Etmənistan hər vəchlə ərazi bütövlüyümüzü pozur, eyni zamanda 2020-ci ildə imzalanmış 10 noyabr üçtərəfli sazişin müddəalarını icra etmir. Sülhə məcbur etmə əməliyyatı tərbiq etmə fonunda burda bir təhlükəli məqam yarana bilər: qərbin sanksiyaları ilə hədələnə bilərik, bu baxımdan qərblə diplomatik fəaliyyətimiz maksimum həddə qurulmalıdır. 2023-cü il diplomatlarımız üçün məsuliyyətli il olacaq. Bu təkcə Ermənistanla bağlı deyil, cənubi Qafqazda Rusiya ilə ABŞ maraqlarının açıq toqquşması, Fransa başda olmaqla Qərbin açıq erməni sevdası, İran-İsrail münasibətlərinin gərginləşməsi və s. kimi faktorları unutmamalıyıq. Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi bizim üçün avantaj olmalıdır, bu fürsətdən maksimum istifadə etmək bizim haqqımızdı. Eyni zamanda, Rusiya-Türkiyə münasibətlərinin yeni mərhələyə daxil olması ilə yanaşı, 3+3 formatının inkişafında maraqlı məqamlar ortada olacaq. Bölgəmizin taleyini Qərb deyil, altı bölgə dövlətlərinin birgə əməkdaşlığı həll etməlidir. ABŞ və Qərbin marağı Cənubi Qafqazda Rusiya ilə münaqişə yaratmaqdır, bu isə bölgə xalqlarının maraqlarına qətiyyən uyğun deyil...

Geri qayıt