Əsas Səhifə > Partiya, Güney Press > Qarabağa hələ də qanunsuz yüklər daşınmaqdadır...

Qarabağa hələ də qanunsuz yüklər daşınmaqdadır...


11-01-2023, 09:10
Qarabağa hələ də qanunsuz yüklər daşınmaqdadır...
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi İrəvanı Laçın yolu ətrafındakı vəziyyətlə bağlı yalan xəbərlər yaymaqda günahlandırıb.
Nümayəndəlik hesab edir ki, Ermənistanın xüsusən mətbuat üzərindən həyata keçirdiyi təbliğat onların Laçın yolundan qeyri-qanuni fəaliyyətlər üçün istifadə imkanlarından məhrum olması ilə əlaqədardır.

“Ermənistan reallığı təhrif etmək üçün çoxlu yalan xəbərlər yayır. Ermənistanın niyə bu qədər çarəsiz vəziyyətə düşdüyünü anlamaq olar, çünki onlar artıq özlərinin qeyri-qanuni fəaliyyətlərini davam etdirə bilmirlər. Laçın yolu artıq qanunsuz fəaliyyət üçün əlçatan deyil". Azərbaycanın NATO yanında nümayəndəliyi bu haqda yazıb.

DİA.AZ-ın məlumatına görə, politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açqılamasında bildirir ki, Ermənistan bugünə qədər “humanitar yük” adı altında bir sıra illeqal məhsulları Qarabağa göndərib.

Xankədi və ətrafında separatçılıq meyllərinin ayaqda qalması və qızışdırılması üçün qanunsuz yüklərdən istifadə edib. Lakin azərbaycanlı ekofəalların uzun müddətdir davam edən aksiyaları Ermənistanın qanunsuz və rəzil addımının qarşısını alıb.

Politoloq hesab edir ki, Azərbaycanın müxtəlif platformalarda aksiyanın real məqsədi ilə bağlı ortaya qoyduğu mövqe bütün vətəndaşlarımız tərəfindən dəstəklənir, həm ictimai fəallar, həm media nümayəndələri, həm aktivistlər bu məsələdə dövlətin müdafiə mövqeyinin yanında birmənalı şəkildə iştirak edir.

“Ermənistan və onun havadarları isə hər vasitə ilə Laçın yolunda yenə əvvəlki qanunsuzluqlarının və qeyri-leqal fəaliyyətlərinin bərpasına çalışırlar. Bunun üçün müxtəlif təzyiq vasitələrindən istifadə edirlər”,- deyən politoloqun fikrincə, növbəti günlərdə xüsusilə Xankəndidəki Vardanyan və digər terrorçu tör-töküntüləri vasitəsilə hansısa təxribatlar həyata keçirə bilər, “məzlum xalq” obrazı yaratmağa çalışa bilərlər.

Lakin bu aksiyalar özündə əsas aydın hədəfi olan aksiyalardır. Bu, Azərbaycanın ekalogiyasına qarşı həyata keçirilən terrorun sonlandırılması, təbii sərvətlərimizin qanunsuz istismarının dayandırılması və eyni zamanda Azərbaycanın müşahidə monitorinq missiyasının “Dəmirli mis-molibden” və digər qızıl yatağında müşahidələr aparılmasına imkan yaradılması ilə bağlıdır. Tələblər yerinə yetirilməyənə qədər aksiyalar davam edəcək.

“Hava şəraitinin necə olmasından asılı olmayaraq, günlərdir yüzlərlə fəal orada öz haqq səsini qaldırırlar. Beynəlxalq birliyin bu məsələdəki ədalətsiz sükutuna rəğmən aksiyalar böyük coşqu ilə davam edir və hədəflərinə çatana qədər də davam edəcək”.

Geri qayıt