Əsas Səhifə > Partiya, Güney Press > Qubad İbadoğlunun partiyasında “istefa qalmaqalı” böyüyür
Qubad İbadoğlunun partiyasında “istefa qalmaqalı” böyüyür11-01-2023, 11:54 |
"Rüfət Əliyevdən başqa heç kim partiyadan istefa verməyib. Kərbəlayı Əli isə bizim partiyanın üzvü deyil. O, hərəkat üzvü olub, partiyaya üzvlüklə bağlı müraciət etməyib”. DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Partiyası sədrinin müşaviri, İdarə Heyətinin üzvü Rövşən Dəmirli partiyadakı yeni istefalara aydınlıq gətirərkən deyib. O, sabiq partiya üzvlərinin fikirlərini cəfəngiyyat adlandırıb: "Partiya yaranandan ancaq belə şər, böhtan yazılarla çıxış edirlər. Bunlar hamısı bir mərkəzdən idarə olunan fikirlərdir. Qubad bəyin Bakıda olmamasının partiya üzvləri üçün elə bir narahatlığı yoxdur. Sadəcə, partiyanı parçalamağa çalışan bir-iki adam sifariş yerinə yetirir”. Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasında yeni istefalar gözlənilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda sədr Qubad İbadoğlunun idarəçiliyindən narazılıqlar yarandığı deyilir. Buna səbəb olaraq sədrin partiyanı uzaqdan - Londondan, internet vasitəsi isə idarə etməsidir. Bundan əlavə, Azərbaycan Demokratiya və Rifah Hərəkatının İH-in sabiq üvzü Rüfət Əliyev və sabiq partiya üzvü Əli Kərbalayı Qubad İbadoğlunun sədri olduğu partiyaya qoşulduğu üçün peşman olduqlarını və istefa verdiklərini vurğulayıblar. Geri qayıt |