Əsas Səhifə > Partiya, Güney Press > Milli Şura: sessiyaya kimlərlə gedir?
Milli Şura: sessiyaya kimlərlə gedir?15-01-2014, 12:39 |
Gələcək fəaliyyəti sual altında olan Milli Şuranın sabah sessiyası keçiriləcək. Funksionerlərin sözlərinə görə, sessiyada Milli Şuranın gələcək fəaliyyəti barədə qərarlar qəbul olunacaq. Hafta.az-a açıqlama verən politoloqların sözlərinə görə, Milli Şurada ciddi fikir ayrılıqları müşahidə olunur. Belə ki, üzvlərin bir hissəsi şuranın dağıdılmasının, digər bir hissəsi isə yeni üzvlərin cəlb olunması nəticəsində fəaliyyətin fərqli müstəvidə davam edilməsinin tərəfdarıdırlar. Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra yaranan qarşılıqlı vəziyyət əsnasında politoloq Zəfər Quliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov və son olaraq Müsavat Partiyasının üzvü Elxan Mehdiyev də şuranı tərk etdi. Ayrılmalara cavab olaraq AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata açıqlamasında şuraya yeni üzvlərin cəlb olunacağını bildirib: “Milli Şuradan Müsavat Partiyası getdikdən və şəxslər ayrıldıqdan sonra yeni şəxslərin Milli Şuraya cəlb olunması nəzərdə tutulur”. Ona cavab olaraq ADP sədri Sərdar Cəlaloğlu Hafta.az-a açıqlamasında Milli Şuranın buraxılmasının lazım olduğunu bildirib: “Prezident seçkiləri başa çatdıqdan sonra dost kimi oturub Milli Şuranı buraxmaq lazım idi. Çünki Milli Şura seçkilər üçün yaradılmış bir konfiqurasiya idi. Ancaq Milli Şuranın üzvləri bunu dərk etmədilər”. Şuranın sədri Cəmil Həsənli isə proseslərə təmkinlə yanaşaraq bildirir: “Milli Şurada qalıb-qalmamaq hər bir partiyanın, hər bir fərdin qərarıdır. Hərə öz ürəyinin hökmü, qərarı ilə gəlmişdi, o formada da gedir”. Ümumilikdə Milli Şura sabahkı sessiyaya gərgin mübarizələrlə gedir. Şuranın bundan sonrakı fəaliyyətinə sabah xitam veriləcək. Hafta.az bu günə qədər şuranı tərk edən və çıxarılan üzvlərin siyahısını təqdim edir: 1. Asəf Quliyev - AXCP 2. Eldar Muradov - ALP 3. Hacı Abgül Süleymanov 4. Hacı Mövsüm Səmədov - İslam Partiyası 5. Lalə Şövkət – ALP 6. Zəminə Dünyamalıyeva - ACP 7. Solmaz Hüseynova – AXCP 8. İlham Hüseyn – partiyasız 9. Akif Şahbazov - partiyasız 10. Gülnarə Qurbanova - partiyasız 11. Rəsul Quliyev - ACP 12. Eldar Əliyev - ALP 13. Elman Məmmədzadə - ALP 14. Əvəz Temirxan - ALP 15. Hacıağa Dadaşov – ALP 16. Xurşud Abbasova - ALP 17. İlham Murtuzayev – ALP 18. İsmayıl Ələsgərli - ALP 19. Tofiq Kərimov – ALP 20. Vaqif Seyidzadə - ALP 21. Vurğun Əyyub - Müsavat Partiyası 22. Arif Hacılı - Müsavat Partiyası 23. Arzu Səmədbəyli - Müsavat Partiyası 24. Elxan Mehdiyev - Müsavat Partiyası 25. Gülağa Aslanlı - Müsavat Partiyası 26. İkram İsrafil - Müsavat Partiyası 27. İsa Qəmbər - Müsavat Partiyası 28. Qubad İbadoğlu - Müsavat Partiyası 29. Mehman Cavadoğlu - Müsavat Partiyası 30. Mustafa Hacıbəyli - Müsavat Partiyası 31. Novella Cəfəroğlu - Müsavat Partiyası 32. Osman Kazımov - Müsavat Partiyası 33. Səxavət Soltanlı - Müsavat Partiyası 34. Tofiq Hüseynov - Müsavat Partiyası 35. Vəfa Cümşüdlü - Müsavat Partiyası 36. Tural Abbaslı - Müsavat Partiyası 37. Tofiq Yaqublu - Müsavat Partiyası 38. Solmaz Ələsgərli - ACP 39. Elçin Manafov - İslam Partiyası 40. Hacı Rövşən Əhmədli - İslam Partiyası 41. Zəfər Quliyev “El” hərəkatı 42. İsgəndər Həmidov Milli Azadlıq Hərəkatı 43. Elxan Mehdiyev Müsavat Partiyası Geri qayıt |