Əsas Səhifə > Partiya, Güney Press > “Qərbi Azərbaycan İcmasından mənə heç bir təklif-filan gəlməyib hələ...”

“Qərbi Azərbaycan İcmasından mənə heç bir təklif-filan gəlməyib hələ...”


26-01-2023, 15:12
“Qərbi Azərbaycan İcmasından mənə heç bir təklif-filan gəlməyib hələ...”
Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən və həmin qurumun idarə heyətinin üzvlərindən biri olan sabiq baş prokuror Əli Ömərov bir müddət öncə yeni yaradımış Qərbi Azərbaycan İcması rəhbərliyini tənqid etmiş, onun bəzi üzvlərinin Ramiz Mehdiyevin sifarişi ilə həmin quruma daxil olunduğunu bildirmişdi. Eyni zamanda o, sözügedən Cəmiyyətin İdarə Heyətinə özü ilə yanaşı, Eldar Abbasov, Paşa Qəlbinur, Firudin Cəlilov, Köçəri Nağıyev, Hafiz Hacıyev və s. kimi tanınmış adamların da üzv olmasını təklif etmişdi.

DİA.AZ bildirir ki, sabiq baş prokurorla Moderator.az üçün qısa telefon söhbətində bəzi yeni suallarımıza cavab əldə etməyə çalışdıq:

-Əli müəllim, son müsahibələrinizdə Qərbi Azərbaycan İctimai Birliyinin İdarə Heyəti haqda tənqidi fikirlərinizdən sonra sizə və ya dostlarınıza hər hansı bir təklif-filan gəlməyib ki?

-Yox. Yox...(“Təklif” sözünü “təzyiq” kimi başa düşür) Mənə kim təzyiq edə bilər? Kimin nə həddi var, mənə təzyiq etsin?!.

-Təklif deyirik, təzyiq yox, Əli müəllim...

-Xeyr... Xeyr... Heç bir təklif-filan gəlməyib hələ...

-Biz maraqlandıq; Qərbi Azərbaycan İctimai Birliyi üzvlərinin xeylisi əvvəlcə sizin də yaradıcılarından biri olduğunuz Deportasiya Qurbanları Cəmiyyətinin üzvü olublar. Məsələn, elə sədr Əziz Ələkbərli, İdarə Heyyətinin üzvü Vahid Əziz və s...

-Bəli, elədir...

-Hazırda Qərbi Azərbaycan İctimai Birliyində təmsil olunanlar eyni zamanda Deportasiya Qurbanları Cəmiyyətinin üzvləri kimi qalırlar, eləmi?

-Hə. Hə, qalırlar...

Geri qayıt