Əsas Səhifə > Partiya, Güney Press > Rauf Arfioğlu açdı sandığı...

Rauf Arfioğlu açdı sandığı...


16-01-2014, 11:45
Rauf Arfioğlu açdı sandığı...
“Müsavat Partiyasının İcra Aparatının sədri Arif Hacılı sosial şəbəkə vasitəsilə bildirib ki, partiya AXCP ilə bağlı açıqlamalara dair tətbiq etdiyi birtərəfli moratoriuma son qoya bilər”. Bu fikri səsləndirməsi ilə bir növ iki partiya arasında “atəşkəs”in pozulduğu elan olundu.

AXCP üzvlərinin Müsavat Partiyası və eyni zamanda partiyanın mətbu orqanlarına qarşı səsləndirdikləri ittihamlara cavab olaraq “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədəki səhifəsi vasitəsilə 1997-ci ildə çap olunan yazıları paylaşıb. Yazı vasitəsilə baş redaktor sübut etməyə çalışıb ki “texnoloq” adlandırdığı şəxs hələ 15 il öncədən bu “vəzifəyə” təyin olunub:
“15 il öncə bugünlərdə yazdığım bu yazı indi baş verən qarşıdurmaya qarşı bir resept idi! Yazdıqlarım olsaydı, Əli Kərimlinin bu saxtakar dəstəsi, 15 il öncələrdən izimə taxdığı bu çürüklər indi illərdir davam edən terror havası əsdirmirdi. Təmizlənmişdilər; durum fərqli ola bilərdi. Bu xainlər hələ 15 il öncədən ortalığı bulandırmaq üçün vəzifələndiriliblər. Onları iqtidar puluynan saxlayırdı. Əli Kərimli – xüsusi təyinatlı media dəstəsi idi. Ortada olan faktı, yazını o dərəcədə həyasızcasına, gözlərini qırpmadan, həm də utanmadan təhrif edirlər ki, heyran qalmaya bilmirsən. Hamısı belədir. Əlisi belə... Şər makinaları... Sübutmu - oxuyun hər iki yazını. Nəticə çıxarın”.

Baş redaktorun bu sətirlərinə AXCP-dən cavab hələ ki, gəlməsə də Ümid Partiyasının sədri İqbal Ağazadə müxalifət cəbhəsindəki gərginliyə münasibət bildirib.

“Milli Şura adı ilə proseslərin daha irəli gedəcəyini, cəmiyyətə daha çox fayda verəcəklərini iddia etdilər və yanıldılar. Ancaq bir maraqlı məqamı da qeyd edim: Müsavat Partiyasının təəssübünü çəkən bir sıra şəxslər - Rauf Arifoğlu, Pənah Hüseyn və digərləri Milli Şuraya qatılmadılar. Bu şəxslərin MŞ-yə qoşulmaması şuranın cəmiyyətə verəcəyi xeyrin nə qədər az olacağını proqnozlaşdırmaları ilə bağlı idi”.

Qeyd edək ki, tərəflər arasında gərginlik Müsavat Partiyasının Milli Şuranı tərk etməsindən sonra tədricən başlayaraq, getdikcə dərinləşməkdədir.

Geri qayıt