Əsas Səhifə > Partiya, Güney Press > “Ermənilər Zəngəzurdan bizə dəhliz vermirsə, biz niyə onlara Laçından yol verməliyik?”
“Ermənilər Zəngəzurdan bizə dəhliz vermirsə, biz niyə onlara Laçından yol verməliyik?”6-02-2023, 10:27 |
“Azərbaycan ilə Ermənistan arasında vasitəçilik edən iki dövlət, bir beynəlxalq qurumdur. Mən Rusiya, ABŞ və Avropa İttifaqını nəzərdə tuturam. Amma onların son 2,5 ildə etdiyi vasitəçilik missiyasının nəticəsi yoxdur. Düzdür, görüşlər, razılaşmalar, bəyanatlar olub və bunlar xoşagələndir. Amma sonra bu razılaşma və bəyanatların icrası ilə bağlı irəliləyiş görmürük. Əksinə, son vaxtlar bu görüşlərin nəticəsi az qala Azərbaycana qarşı siyasi-hüquqi təzyiqə çevrilib. Mən Avropa İttifaqı və onun müxtəlif qurumlarını nəzərdə tuturam. Onlar heç bir hüquqa və arqumentə əsaslanmadan, erməni şüvəninə inanaraq addımlar atırlar”. DİA.AZ bildirir ki, bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib. E. Məmmədov dediklərinə misal kimi Avropa İttifaqının Ermənistana göndərdiyi missiyanı göstərir: “Adlarını mülki missiya qoyublar. Amma araşdırdanda aydın olur ki, bunların əksəriyyəti müxtəlif ölkələrdə işləmiş hərbçilər, kəşfiyyatçılar və təlimatçılardır. Biz bu missiyadan bir xeyir gözləmirik. Məndə vasitəçilərin fəaliyyəti, görüş və təşəbbüsləri haqda məlumat yoxdur. Amma sıravi vətəndaş olaraq istədiyimiz sadədir: Azərbaycan sülh yaranması üçün təkliflərini irəli sürüb, imzalanmış sənəd və razılaşmaların həyata keçirilməsini istəyir. Amma bunun əksi baş verir və hələ də ərazilərimizdə Ermənistan ordusu var. Eləcə də separatçı qurum mövcuddur. Bu isə bir sıra vasitəçilərin maraqlarına uyğundur”. Deputat əlavə edib ki, Zəngəzur dəhlizinin açılacağından danışsalar da, açılmır: “Biz də deyirik ki, ermənilər razılaşıb Zəngəzurdan bizə dəhliz vermirsə, biz niyə onlara Laçından yol verməliyik? Biz qeyd edirik ki, BMT-nin üzvü kimi 86,6 kv kilometr ərazimiz var və niyə separatçı qurum ləğv edilmir? Biz istəyirik ki, vasitəçilər ədalətli olsun, razılaşmalara əməl edilsin. Amma indiyə qədər bunun şahidi olmamışıq”. E. Məmmədov sonda diqqətə çatdırıb ki, Azərbaycan prezidentinin qarşıya qoyduğu vəzifə icra olunur: “Bu nədir? Təhlükəsizlik və müdafiəmizin təmin edilməsi üçün güclü dövlət, güclü iqtisadiyyat qurmaq və güclü iqtisadiyyata söykənən güclü orduya malik olmaq. Necə ki, BMT-nin 28 il ərzində icra etmədiyi qətnamələri 44 gün ərzində icra etdik, indi də bizi məcbur edirlər ki, 2020-ci ilin noyabrın 9-dan sonra imzalanmış razılaşmaları özümüz icra edək. Bunun üçün bizim gücümüz, imkanımız və ordumuz var”. Geri qayıt |