Əsas Səhifə > Partiya, Güney Press > Yalçın İmanov Vəkillər Kollegiyasına bərpa oluna bilərmi?
Yalçın İmanov Vəkillər Kollegiyasına bərpa oluna bilərmi?13-02-2023, 09:13 |
Avropa İnsan Hüquqları Məhkəməsi “Nardaran İşi” üzrə həbs edilən bir neçə şəxsin işgəncəyə məruz qalması və ədalətli məhkəmə araşdırması hüququndan məhrum edilməsinə dair şikayəti üzrə qərarını elan edib. Qeyd edək ki, həmin qərarda Azərbaycan hökumətinin kommunikasiya zamanı işgəncə faktlarını etiraf etdiyi də bildirilir. DİA.AZ xatırladır ki, bu işlə bağlı bir məqam üzə çıxıb. Belə ki, qərarda Müsəlman Birliyi Hərəkatının təmsilçisi Abbas Hüseynovun da Penitensiar Xidmətdə işgəncəyə məruz qalmasından və bu faktı hökumətin etiraf etməsindən bəhs edilir. Xatırladaq ki, hələ 2017-ci ildə bu barədə mediaya açıqlama verən vəkil Yalçın İmanov Penitensiar Xidmətin şikayəti əsasında Vəkillər Kollegiyasından xaric edilmişdi. Vəkildən şikayət edən Penitensiar Xidmət onun guya, böhtan atdığını iddia edib. Yerli məhkəmələr isə vəkilə qarşı qanunsuz qərardan şikayətləri rədd edib. Gununsesi.info-ya açıqlamasında vəkil Fariz Namazlı bildirib ki, o da Abbas Hüseynovun həbs edilən zaman da işgəncəyə məruz qalmasına dair şikayət yazıb: “Mənim göndərdiyim şikayət Yalçın İmanovun göndərdiyi şikayətə birləşdirilib və bu iki şikayət üzrə Azərbaycan Höküməti pozuntu faktını tanınıb. İndi bir halda ki, Hökümət Abbas Hüseynovun şikayətində göstərdiyi pozuntuları etiraf edir, yəni onun Qobustan həbsxanasında döyülməsini qəbul edir. Deməli, Yalçın İmanovun mətbuata verdiyi açıqlama əsassız deyil və onun Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı məhkəmə qərarı da qanunsuzdur. Buna görə də həmin məhkəmə qərarlarına yenidən baxılmalıdır”. Geri qayıt |