Əsas Səhifə > Partiya, Güney Press > "Facebook" bayrağımızı erməni bayrağına çevirdi:

"Facebook" bayrağımızı erməni bayrağına çevirdi:


25-02-2023, 10:56
"Facebook" bayrağımızı erməni bayrağına çevirdi:
“Facebook” platformasının alqoritmasında ciddi problem müşahidə edilib. Belə ki, ingilis dilində olan istənilən paylaşımda Azərbaycan bayrağından istifadə olunubsa, həmin postu rus dilinə tərcümə etdikdə Azərbaycan bayrağı erməni bayrağına çevrilir. Yazını digər dillərə tərcümə etdikdə isə bayrağımız olduğu kimi qalır. Bu problem yalnız rus dilinə edilən tərcümələr zamanı yaşanır.

Bunun səbəbi nədir? Texniki problemdir, yoxsa siyasi sabotaj?

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən İKT eksperti Elvin Abbasov bildirib ki, “Facebook”un bu addımını siyasi məqam kimi hesab edə bilərik:

“Texniki məsələ olduğunu düşünmürəm. Əslində, bu problemi hər tərəfli ətraflı araşdırmaq lazımdır. Lakin elə düşünürəm ki, bu siyasi məsələdir. Hətta birbaşa siyasi sabotaj kimi də dəyərləndirə bilərik. Məsələn, bir müddət əvvəl “Google”da “Artsakh” sözünü axtarışa verəndə Qarabağ çıxırdı. Bu siyasi bir məqam idi. Çox kobud bir səhvdir.

Onu da vurğulayım ki, “Facebook”un bilərəkdən belə bir hərəkət etdiyini düşünürəm. Texniki yanlışlıq da ola bilər. Lakin insan müstəvisində nəzərə alsaq, siyasi problemdir. “Facebook” şirkətinə problemi bildirsək, həll olunacaq”.

Geri qayıt