Əsas Səhifə > Partiya, Güney Press > "Özünü söyüb, istehsal etdiklərinin əməlli-başlı təbliğatını aparırlar"

"Özünü söyüb, istehsal etdiklərinin əməlli-başlı təbliğatını aparırlar"


6-03-2023, 11:35
"Özünü söyüb, istehsal etdiklərinin əməlli-başlı təbliğatını aparırlar"
Ikinci Dünya Savaçının ən böyük fəlakət gətirdiyi ölkələrdən biri Yaponiya idi. Xirosimaya, Naqasakiyə atılan atom bombaları, ölkənin hərbi infrastrukturunun tamamilə dağıdılması azmış kimi, bütün bu fəlakətlərdə rolu olan ABŞ-ın öz hərbi bazasını Yaponiyada yerləşdirməsi bir çox yaponun qüruruna toxunurdu. Onların içindən çılğınlığı ilə seçilən gənclər Amerika hərbi bazasının qarşısına gələrək "Rədd olsun Amerika!" deyə çığırmağa başlayırlar. Bu hadisəni müşahidə edənlərdən biri yazırdı ki, diqqətimizi qəribə bir məqam çəkdi: Bu gənclərin əksəriyyətinin əlində içmək üçün aldıqları Amerika istehsalı olan Koka-Kola vardı.
Qəribədir, baxıram bir iransifət və ya səudiyyəsifət hüzr məclisi aparır, yaxud da digəri qəbir üstündə mərsiyə deyib yan-yörəsindəki milli cahillərimizi ağladır, izhar etdiyi mətni Amerika istehsalı olan "İ-fone"dan oxuyur.
Amerikaya daha nə lazım. Özünü söyüb, istehsal etdiklərinin əməlli-başlı təbliğatını aparırlar. Baxıram, heç müsəlman dünyasında indiyədək müqəddəslərimizdən fətva verən də yoxdur ki, Qərbin istehsalı olan nə varsa, ondan istifadə etmək haramdır.
Buradan da bütün İslam aləmi sevinc içindədir ki, bəs ABŞ-da bir keşiş xristianlıqdan üz döndərib və İslam qəbul edib. İslam ümmətinə mənsub olanlar bu coğrafiyada bir-birinin ətini yeyirlər, ibadət etdikləri məscidi partladırlar, qadını köləyə çevirirlər, insan haqlarını tapdalayırlar, oradan da sevinirlər ki, görürsünüz, artıq adamlar xristianlıqdan bezib dinimiziə üz tuturlar. Zavallı keşiş, hələ də anlamayıb ki, ABŞ-da müsəlman olmağa nə var, insan kimi, vətəndaş kimi dəyərini dövlətin qanunları ən sərt şəkldə qoruyor. Eləcə də Avropa da müsəlman olmanın rahatlığını xatırlada bilərəm. Ancaq Şərq arealında müsəlman olmanın fəzilətini ilk öncə müsəlmana anlatmalısan. Çünki əsas təhlükə mənbəyi səninlə hadisələrə, predmetə fərqli baxan müsəlman adlanan kimliklərdir. Zavallı keşiş, sən oxumusan ki, İslam Peyğəmbəri söyüş söyməyib, kiminsə haqqına girməyib, yüksək əxlaqi dəyərlərə sahib olub, qisasçılığı yaxın buraxmayıb, özünü bütləşdirməyə imkan tanımayıb. İndi ki, biz tərəfə gəlmisən, qarşılaşdığın müsəlmanlar hansısa fikrini bəyənməsələr, elə söyüş söyəcəklər ki, üzündən həya tərləri axacaqdır. İranda, Ərəbistanda, Əfqanıstanda, Pakistanda sən fərqli fikir söyləməyə cəsarət edərsəndə, VII əsrdən başlayaraq alimlərin, düşüncə adamlarının yaşadığı aqibəti yaşamayacağından əminsənmi?
Şükürlər olsun, sayımız artır. Məhəmməd Əli öz ağır çəkisi ilə İslama nə qədər yük gətirmişdisə, bu amerikalı keşiş də öz yüngül çəkisi ilə yükümüzü azaldacaq.
Gizlətməyəcəyəm, bu yazını da mən utanaraq ABŞ istehsalı olan Noot Bookda yazmalı oldum. Mərg bər Əmrikə!

Fazil Mustafa -millət vəkili
DİA.AZ

Geri qayıt