Əsas Səhifə > Partiya, Güney Press > Bu qanun partiyaların bağlanması təhlükəsini yaradıb
Bu qanun partiyaların bağlanması təhlükəsini yaradıb15-03-2023, 11:04 |
Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunu haqqında gözlənilən rəyini açıqlayıb. DİA.AZ-ın məlumatına görə, Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna daxil olan rəydən aydın olur ki, Venesiya Komissiyası qanundan narazı qalıb. Rəydə yazılır: Yeni qanunda siyasi partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması, artıq qeydiyyatdan keçmiş partiyaların təkrar qeydiyyatı, dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyətinə qadağan qoyulması kimi müddəalar, Ədliyyə Nazirliyinin siyasi partiyaların fəaliyyətinə aşırı müdaxiləsi görünür. Qanunda sözü gedən bu müddəaların beynəlxalq insan haqları konvensiyaları ilə uyğunsuzluğu narahatlıq doğurur. Venesiya Komissiyası və DTİHB-nın birgə rəyində xatırladılır ki, birləşmə və ifadə azadlığı demokratik cəmiyyətlərin əsasını təşkil etməlidir və bu mənada siyasi partiyalara kollektiv siyasi ifadə vasitələri kimi baxılmalıdır. Rəydə bildirilir ki, yeni qanunun tətbiqi ölkədə siyasi partiyaların mövcudluğunu təhlükə altına salıb. Sənədə görə yaxın zamanlarda Azərbaycanda siyasi partiyaların fəaliyyətini qapatmaq gözləntisi var. Hökumətə çağırışın da əks olunduğu sənəddə bildirilir ki, siyasi partiyaların üzərində dövlət nəzarəti onların qeydiyyatı ilə məhdudlaşmalıdır və qeydiyyat müraciətlərinə müsbət yanaşılmalıdır. “Siyasi partiyalardan üzv sayı, hətta üzvlərin siyahısının təqdim olunması tələbi də zərurətdən kənar və məhdudlaşdırıcı amildir”. Venesiya Komissiyası və DTİHB-nın birgə rəyində deyilir ki, siyasi partiyaların fəaliyyətinin dayandırılmasına və onların ləğv olunmasına bu partiyalar yalnız qanunları ciddi şəkildə pozduğu hallarda yol verilə bilər. Venesiya Komissiyası və DTİHB Azərbaycanı qanunda göstərilən nöqsanların aradan qaldırılmasına çağırır. Məsələn konkret olaraq siyasi partiyalar üçün minimum üzv sayının 1000 nəfərə qaytarılması tövsiyə olunur. Birgə rəy habelə siyasi partiyaların qeydiyyatı üçün tələb olunan sənədlərin minimuma endirilməsini tövsiyə edir. Venesiya Komissiyasdının rəyində deyilir ki, siyasi partiyaların dövlət maliyyələşməsinin parlamentdəki mandat sayına uyğun həyata keçirilməsi prinsipinə də yenidən baxılmalıdır. Birgə rəyə görə siyasi partiyalar sponsorların adlarını yalnız o halda açıqlamalıdırlar ki, ianələr müəyyən hüquqi normaları aşmış olsun. Geri qayıt |