Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət Azərbaycanın əleyhinə olan qətnaməni niyə tərifləyir?

Müxalifət Azərbaycanın əleyhinə olan qətnaməni niyə tərifləyir?


17-03-2023, 07:56
Müxalifət Azərbaycanın əleyhinə olan qətnaməni niyə tərifləyir?
Avropa Parlamenti Azərbaycana qarşı növbəti qətnamə qəbul edib. Niyə “növbəti” deyirəm? Çünki az qala hər ay Avropa Parlamenti ermənilərin lehinə, bizimsə əleyhimizə qətnamə istehsal edir. Məsələn, 2023-cü ilin hər ayı ortaya belə bir qətnamə qoyub...
Bütün qətnamələrdə ermənilərin müdafiəsi qırmızı xətlə kimi keçir...
Məsələn, martın 10-da Avropa Parlamenti Azərbaycanın Dağlıq Qarabağda erməni mədəni irsini qəsdən məhv etməsini “qətiyyətlə pisləyən” qətnamə qəbul edib. Yox, bu keçən ilki qətnamədir. Builkində də oxşar ittihamlar yer alıb...
Deməli, 30 il ərzində ermənilər işğal altındakı torpaqlarımızdakı mədəni irsin az qala 95 faizini məhv edib. Ancaq bir dəfə də olsa Avropa Parlamenti bu barədə bir kəlmə söz deməyib. UNESCO deməyib, BMT deməyib, ABŞ deməyib, Avropa İttifaqı deməyib. Niyə deməyib? Çünki xristian təəssübkeşliyi buna imkan verməyib. Versəydi, ən azı xala-xətrin qalmasın səviyysəində də olsa nəsə mızıldayardılar. Heç o da olmayıb...
Avropa Parlamenti Azərbaycandan nə istəyir? Deyir ki, Laçın dəhlizini aç, Avropa İttifaqını təmsil edən qurumları Qarabağa burax. Yəni Qarabağla vidalaşın, oranı ermənilərə verin. Hələ Rusiya pisməramlılarının əlindən qurtarmamışıq, Avropa İttifaqı da bu tərəfdən əsasını dirəyib ki, biz də varıq...
Bizim manqurt müxalifətimiz də deyir ki, Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı bütün qərarlar Azərbaycanın xeyrindədir, qətiyyən “əleyhinədir” demək olmaz. Avropa Parlamenti Azərbaycanın dostudur, İlham Əliyevin isə düşmənidir. Yəni Avropa Parlamenti Azərbaycanın yox, İlham Əliyevin əleyhinədir. Bəs yaxşı Qarabağ daha Azərbaycan deyil, Laçın necə?
Avropa Parlamenti hər ay oxşara qərarlar verir. Bu nəyi dəyişir ki? Bəlkə bu qərarlardan qorxuya düşən İlham Əliyev tir-tir əsir, xəbərimiz yoxdur...
Deməli, Avropa Parlamenti ermənilərin müdafiəsinə yönələn həmin qətnaməyə bizim müxalifətin xoşuna gələn 5-6 maddə yazır, bizim müxalifət də dövlətimizin əleyhinə olan həmin qətnaməni bəh-bəhlə tərifləyir və sevinc içində xalqa sırıyır.
Niyə belədir? Çünki bizim müxalifət xalqdan uzaq düşüb, xalqın gücünə inanmır. Ümid edir ki, Avropa İttifaqı və ABŞ-ın dəstəyi ilə iqtidara gələ bilərlər...

Elbəyi Həsənli - DİA.AZ

Geri qayıt