Əsas Səhifə > Partiya, Güney Press > Razi Nurullayev xəbər saytına ETİRAZ ETDİ
Razi Nurullayev xəbər saytına ETİRAZ ETDİ18-03-2023, 08:02 |
"Vallah, ayıbdır. "Demokrat.az" saytı mənə sual verib və cavab vermişəm. Siz niyə yalandan "Kristal Abşeron" şirkətinı yazmısınız? Bu şirkətin adını çəkməmişəm axı. Belə biabırçılığı niyə edirsiniz? Bu gündən, bu andan mənim adımdan şər-böhtan yayan mətbuat mənim üçün bitmişdir". Bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib. Deputat əlavə edib ki, "Kristal Abşeron" şirkəti Azərbaycanda tanıdığı ən dürüst tikinti şirkətlərindən biridir və bu şirkətdə demək olar ki, hər kəslə dostdur: "Dostluq bir yana, amma bu şirkətə şər-böhtan atmaq yaraşmaz". Deputat sonda Medianın İnkişafı Agentliyinə müraciət edib və qeyd edib ki, məsələni araşdırsınlar:"Bu, belə qala bilməz". Cebhe.info Geri qayıt |