Əsas Səhifə > Partiya, Güney Press > Sıravi vətəndaş partiya liderlərini TANIMIR...

Sıravi vətəndaş partiya liderlərini TANIMIR...


25-03-2023, 08:55
Sıravi vətəndaş partiya liderlərini TANIMIR...
Bəzilərinin acığına gəlsə də, bir faktı deyim.
Məsələn, Xaçmazda qiyabi olaraq, yəni çəkilişsiz filansız, bir neçə adamdan, (saylarını dəqiq deyə bilmərəm, ancaq 5-6 nəfər deyil, 15-dən çoxdur) soruşdum, adamlar heç YAP-ın da yolunu, ideologiyasını, hansı siyasi kursu tutub getdiyini bilmirlər, nəinki müxalifətin...
Bu mənzərə acı olsa da, həqiqətdir...
Düzdü, şimalda adətən həmişə hökümətin komandası güclü olub, bunun da öz obyektiv və subyektiv səbəbləri var, o tamam başqa mövzudur. Ancaq maraqlıdır ki, bu adamlar nəinki bu günki bir çox partiyanı heç tanımır, heç sədrlərini adı ilə bilmir, dəhşət budur ki, çoxu heç sağ-sol, mühafizəkar, liberal, radikal kimi anlayışları da bilmir...
Özü də deyim ki, sual verdiklərimin içində, hökümət adamı da, vəzifə sahibi də, müxalifət nümayəndəsi də, demək olar ki, bütün təbəqələrdən adamlar vardı.
Dəhşətdir...
Adamlar ancaq youtoube çıxışları ilə tanıyır siyasi partiya rəhbərlərini...
Kimi soruşsan, təxminən belə bir dəqiqləşdirmə aparırlar : O keçən dəfə filan sözü deyən kişi deyil?
Faciədir e...
Sanki bu günə qədər heç kim bu cəmiyyətlə iş aparmayıb, heç bir vətəndaş cəmiyyəti görməyiblər. Sanki deyəndə ki, elə həqiqət də budur ki, görməyiblər.
Belə bir cəmiyyətdə də qanun çıxır ki, 5000 imza tap, partiyan fəaliyyət göstərsin...
Hardadı o anlayıb, həqiqətən də dərk edib, ideoloji baxımdan həm də kimə, niyə dəstək verdiyini anlayan cəmiyyət?
Günah kimdədir görəsən?

Cəmil Məmmədli - DİA.AZ

Geri qayıt