Əsas Səhifə > Partiya, Güney Press > "İranın deputatları Azərbaycana qarşı boşboğazlıq etmək əvəzinə..."
"İranın deputatları Azərbaycana qarşı boşboğazlıq etmək əvəzinə..."6-04-2023, 15:55 |
"İran parlamenti mitinqlərdə iştiraka görə həbs olunmuş 15 min nəfər insanın edam edilməsi ilə bağlı qəbul etdiyi qərar fars rejiminin növbəti vəhşilikdir". DİA.AZ bildirir ki, bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, parlamentin 290 deputatından 227-nin qərarın lehinə səs verməsi, İranın növbəti anti-insani davranışıdır: "Öz insanına qarşı bu cür davranan bir ölkənin deputatları hansı haqla Azərbaycanın xarici işinə qarışır. İran parlamentinin çıxardığı qərar vəhşilikdən başqa bir şey deyil. Əslində işğalçını dəstəkləyən ölkənin parlamentinin belə bir qərar verməsi təəccüblü deyil. İran parlamentin çıxardığı qərar əslində bir ölkənin problemi deyil, insanlıq əleyhinə çıxarılmış qərardır. Ona görə də düşünürəm ki, insan haqlarını müdafiə edən beynəlxalq təşkilatlar İran parlamentinin çıxardığı bu qərarla bağlı əsaslı tədbir görülməlidir". Deputat vurğulayıb ki, İran parlamentinin Azərbaycan əlehinə qəbul etdiyi bəyanat da fars rejiminin ölkəmizə qarşı növbəti təxribatdır: "İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanat əsassızdır. Bəyanata 210 deputat səs verib. Eyni zamanda, deputatlar İran Xarici İşlər Nazirliyini bu məsələ ilə bağlı lazımi diplomatik addımlar atmağa çağırıb. Bu bir başa başqa ölkənin xarici siyasətinə qarışmaqdır. Təbii ki, bu qəbuledilməzdir. "44 günlük Vətən müharibəsindən sonra dost bildiyimiz bütün ölkələrin əsil simasını gördük. Eləcə də İranın. Azərbaycan müstəqil ölkədir və harda istəyirə orda da səfirlik açmaq hüququna malikdir. İran müsəlmanlara belə dəyər verirsə niyə Azərbaycan xalqına qarşı müxtəlif vaxtlarda soyqırım aktları törədən Ermənistanla qardaşlıq münasibətindədir. İran və onun havadarlıq etdiyi Ermənistan bilməlidir ki, Azərbaycan müstəqil ölkədir və 90-cı illərin əvvəllərindəki kimi zəif deyil. Bu gün ölkəmizin gücül, nəyi, nə zaman edəcəyini yaxşı bilən dövlət başçısı var. Nə Ermənistan, nə də İran bu gün öz çirkin niyyətlərini reallaşdıra bilməyəcək. Çünki ölkəmiz 90-cı illərin əvvəllərində olduğu kimi gücsüz və sahibsiz deyil. Bu gün ölkəmizin güclü, nəyi,nə zaman edəcəyini yaxşı bilən Ali Baş Komandanı, Müzəffər Ordusu var. Ölkəmizə qarşı yönələn hər bir təxribatın cavabı da ölkəmiz tərəfindən sərt şəkildə veriləcəkdir. İranın deputatları yaxşı olardı ki, Azərbaycana qarşı boşboğazlıq etmək əvəzinə öz ölkəsindəki ciddi problemləri həll etsinlər". Geri qayıt |