Əsas Səhifə > Partiya, Güney Press > "Heç kim düşünməsin ki, İranın Azərbaycana hücumu tankla olacaq"

"Heç kim düşünməsin ki, İranın Azərbaycana hücumu tankla olacaq"


8-04-2023, 08:19
"Heç kim düşünməsin ki, İranın Azərbaycana hücumu tankla olacaq"
Səadət Akifqızı "Həftə bu gün"də Azərbaycan-İran münasibətlərində müşahidə edilən gərginlikdən, keçmiş kənd təsərrüfatı naziri İnam Kərimoun Ali Məhkəməyə sədr gətirilməsindən danışır.

Bu həftə İran parlamentinin 210-a yaxın deputatı bəyanat yayaraq Azərbaycanın İsraildə səfirlik açmasını pisləyib və İran Xarici İşlər Nazirliyini bununla bağlı tədbir görməyə çağırıb.

Azərbaycan parlamentinin cavabı özünü çox gözlətmədi. Milli Məclis son iclasında İran deputatlarının bu bəyanatını İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi "növbəti siyasi təxribat" kimi qiymətləndirildi.

Belə görünür ki, İsraillə əməkdaşlığa böyük önəm verən Azərbaycanın İranla münasibətlərində leksikon getdikcə sərtləşir.

İranın bu ittihamlara rəsmi münasibəti hələ ki, məlum deyil. İranın Azərbaycandakı səfirliyi isə BBC-yə danışmayacağını bildirib.

İrana qarşı ittihamlar sadəcə, təzyiqdirmi və yoxsa, daha ciddi planlar üçün ictimai fikrin hazırlanmasıdır? Siyasi təhlilçi Sülhəddin Əkbər şərh edir.
//BBC Azərbaycanca//


Geri qayıt