Əsas Səhifə > Partiya, Güney Press > İnsanlarımız özlərinə `halal kolbasa` imici yaratmağa çalışırlar...

İnsanlarımız özlərinə `halal kolbasa` imici yaratmağa çalışırlar...


10-04-2023, 07:50
İnsanlarımız özlərinə `halal kolbasa` imici yaratmağa çalışırlar...
Hətta elmi rütbələrlə "cəzalandırılmış" adamlarımız belə prosesi yanlış anlayırlar. Tənqidin hədəfində olan ayrı-ayrı fərdlərin mənəvi, psixoloji güc axtardığı dinin özü deyil, dinin bütün məsələlərdə istisnasız hegemonluğudur.
"Bazarkomlaşdırılmış" allahın kolbasanın, sosiskanın belə "həyatına" mənəvi təcavüzüdü.
Bu gün hansı sahədə çalışmasından asılı olmayaraq insanlarımız özlərinə "halal kolbasa" imici yaratmağa çalışırlar.
"Halal kolbasa"nın mənəvi ölçüyə və kütləvi dəbə çevrilməsinin nəticəsidir ki, demokratiyadan dəm vuran bir partiya içki içən üzvünü halallıq vermədən partiyadan qovur ki, cəmiyyətdəki "halal siyasətinə" xələl gəlməsin.
Mənəvi məsələlərdən danışan fəlsəfə doktoru Azərbaycan qızlarına məktəb açan Hacı Zeynalabdini unudub, mütləq yunanlaşdırılmış İmam Əlidən, hədisləşdirilmiş sufi əhvalatlarından sitat gətirir ki, cəmiyyətdə "halal filosofluğuna" simpatiya yaratsın.
Həkimlər, psixiatrlar, universitet müəllimləri, musiqiçilər, yazarlar və s. bütün peşə sahibləri bu "halal dəbin" girovuna çevriliblər.
Allahın, inancın deyil, dəbin "hallalaşdırdığı" bir cəmiyyətdir tənqidin hədəfi.
İfşa olunan isə hələlik yalnız dilsiz-ağızsız "halal kolbasa"sıdır.

Aqşin YENİSEY - DİA.AZ

Geri qayıt