Əsas Səhifə > Partiya, Güney Press > QHT rəhbərindən Vasif Talıbovun ŞƏNİNƏ TƏRİFLƏR...
QHT rəhbərindən Vasif Talıbovun ŞƏNİNƏ TƏRİFLƏR...13-04-2023, 08:43 |
DİA.AZ: - Tanınmış hüquq müdafiəçisi, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin təsisçisi, Bakıda yerləşən Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova maraqlı açıqlaması ilə diqqətə gəlib. DİA.AZ bildirir ki, "Naxçıvan Allahın sevə sevə yaradığı bir yurddur, diyardır deyim. Hər dəfə daha çox heyran oluram bu bölgəmizə" deyə fikrinə başlayan hüquq-müdafiəçisi açıqlayacağı fikrinin brimənalı qarşılanmayacağını bilə-bilə Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ünvanına açıq təriflər yağdırıb. "İndi Sizə bir söz deyəcəm, amma zəhəmət olmasa əsəbləşməyin" deyə münasibətini açıqlayan M.Zeynalova Naxçıvan təəssüratlarını bölüşür: "Heyran olduğum, Allahın yaratıqlarıdı ki, təkrarı yoxdur. İnsan əli ilə yaradılanlara isə, bütün məktəblər, kəndlər də daxil olmaqla çox gözəl və cəlbedicidir. İnsan məhz təhsil almağa həvəslənər burda; yollar- kəndlər də daxil olmaqla ideal yollardır; Yolu gedirsən boş yoldur heç bir bəlkə kəndə dəxli yoxdur, amma tər təmzidir, düpədüzdü. təmizlik heyarnedicidir.. adam zibil atmağa da utanır. yaşıllıq, ağacalara, bitkilərə münasibət, qorumaq davranışı çox yüksək dərəcədədir. Sonda, bütün günahları və bədələlləri ilə bu necə gündə Vasif Talıbovun atasına rəhmət oxumuşam. Adam elə bil, necə evini təmiz görmək istəyibsə, eləcə də hər yerdə bu təmziliyi, yaşıllığı, düzəni ideal qaydada saxlayıb. Mən vallah onu ekologiyanı belə sevərək qoruduğuna görə Nobel Mükafatına təqdim edərdim... Hərdən yaxşını da deməliyik. Hər yerdə də plakat yapışdırılıb ki, təbiəti gələcək nəsillər üçün qoruyaq! Adam az qalır Naxçıvana köçsün..." dia-az.life bildirir ki, hüquq müdafiəçisinin bu sözləri sosial şəbəkədə böyük etirazla qarşılanıb. Geri qayıt |