Əsas Səhifə > Partiya, Güney Press > Suriyada döyüşüb gələnlərin hamısı Bakıda həbs olunacaqlar

Suriyada döyüşüb gələnlərin hamısı Bakıda həbs olunacaqlar


27-01-2014, 09:37
Suriyada döyüşüb gələnlərin hamısı Bakıda həbs olunacaqlar
"Azərbaycan qanunvericiliyində xarici ölkələrdə daxili-hərbi münaqişələrin qanunsuz iştirakçısı olan vətəndaşların ölkəyə qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunması barəsində hüquqi maddələr əksini tapmalıdır."

Bunu SalamNews-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə Suriyada gedən döyüşlərdə azərbaycanlı mücahidlərin iştirakından danışarkən deyib.

O söyləyib ki, Suriyada azərbaycanlıların sayı çox deyil. Amma az sayda radikal dini təriqətlərin təsiri altında bu ölkəyə döyüşməyə gedənlər olur: "Hər kəs bilməlidir ki, onun orada iştirakı təsdiqlənərsə, Azərbaycana qayıdandan sonra cinayət məsuliyyəti daşıyacaq."

Deputat Türkiyədə təhsil alan azərbaycanlıların bu ölkənin sərhədlərindən keçərək Suriyaya getmələrinə də münasibət bildirib: "Belə tələbələrin sayı çox azdır. Hər halda təhsilli insan belə işlərdə iştirakının mənasızlığını başa düşür. Düşünmürəm ki, bu cür hallar kütləvi xarakteri daşısın."

-

Geri qayıt