Əsas Səhifə > Partiya, Güney Press > "İran ikinci erməni dövlətidir"

"İran ikinci erməni dövlətidir"


19-04-2023, 11:57
"İran ikinci erməni dövlətidir"
Xəbər verdiyimiz kimi, İranın molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, intriqa və təxribatlar hazırlamaqda davam edir. Belə ki,ş molla rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa qərar verib. Artıq yeni yaradılan təşkilatla bağlı SEPAH-ın nəzarətində olan sosial şəbəkələrdə çağırışlar olunur.

Mələfəbaşlar yaratdığı şəbəkənin adını isə "Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı" qoyublar. Hazırda onlar yeni mərkəzinin açılışına hazırlaşırlar.

DİA.AZ bildirir ki, bu təxribatçı planı Lent.az-a şərh edən, molla rejiminin terroruna məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, İran dini bəhanə edərək Azərbaycan içərisində böyük bir agentura şəbəkəsi yaradıb:

“İranın bizə qarşı yaratdığı bütün təşkilatlar Azərbaycan dövlətini sarsıtmaq məqsədi güdür. Bu prosesə daxil olan bütün insanlar İran xüsusi xidmət orqanlarının maraqlarını təmsil edirlər. Ona görə də bütün hallarda dövlətimiz Azərbaycan ərazisində bu cür qurumların fəaliyyət göstərməsinə qarşı sərt mövqe sərgiləməlidir. Çünki biz xeyli boşluqlar yaratdığımız üçün bu qüvvələr dini və başqa məsələni bəhanə edərək Azərbaycan içərisində böyük bir agentura şəbəkəsi yaradıblar. Və bu şəbəkənin çökdürülməsi ümumi cəmiyyətin maraqlarına uyğundur”.

Deputat İranı erməni dövləti adlandırıb:

“Bu istiqamətdə cəmiyyətin aydınlaşması üçün maarifçilik işləri aparılmalıdır. Çağırışlarımızı gücləndirməliyik. Bizim üçün ali hədəf dövlətimizin təhlükəsizliyinin qorunmasıdır. İndi bu atılan addımlar Ermənistanla birlikdə düşünülən qərarlardır. Çünki İran özü ayrılıqda bir erməni dövlətidir. Erməniyə necə münasibətimiz varsa, konkret olaraq bu dövlətə də eynidir.

Bu təşkilatların ifşa olunması bizim çevikliyimizdən asılıdır. Xüsusi xidmət orqanlarımızın çalışmaları gücləndirilməlidir. Təxribat məqsədi ilə yaradılan bütün təşkilatlar məhv edilməlidir”.

Geri qayıt