Əsas Səhifə > Partiya, Güney Press > Deputat: “Müsavat və AXCP bir yerdə ola bilməz”

Deputat: “Müsavat və AXCP bir yerdə ola bilməz”


28-01-2014, 11:31
Deputat: “Müsavat və AXCP bir yerdə ola bilməz”
“Milli Şura daxilində münasibətlərin parçalanma həddinə gəlib çatması gözlənilən idi”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev Müsavat və AXCP arasındakı konfliktlərdən danışarkən belə deyib.

Onun sözlərinə görə, bu iki partiya arasında səmimi birliyin baş tutması mümkün deyil: “Hətta deyərdim ki, bu ac toyuğun yuxuda darı görməsinə bənzəyən bir şey olardı. O səbəbdən ki, bu iki partiyada təmsil olunan qüvvələr, o cümlədən bu partiyaların rəhbərləri hətta birgə hakimiyyətdə olduğu dövrdə belə “mehriban düşmən”lər olublar. Müxalifətə keçdikdən sonra da onlar arasında səmimi münasibətlər olmayıb. Onlar iqtidara qarşı mübrizədən daha çox özlərini sıradan çıxarmaq uğrunda mübarizə aparıblar. Seçkiöncəsi müəyyən qüvvələrin sifarişi ilə birləşsələr də, seçkilər bitər-bitməz yenidən qarşılıqlı ittihamlara start veriblər. Bu adamlar siyasətdə bəxti gətirməyən və öz şəxsi maraqları üçün hər şeyi qurban verməyə hazırdılar. Məhz bu keyfiyyətlərinə görə, heç zaman cəmiyyətdən dəstək almayıblar. Bundan sonra da ala bilməyəcəklər. Azərbaycan cəmiyyəti həqiqətin kimin yanında olduğunu gözəl bilir və hansısa siyasi işbazların arxasınca gedəcək qədər sadəlövh deyil”.

Geri qayıt