Əsas Səhifə > Partiya, Güney Press > Əli İnsanov üçün çətin dilemma
Əli İnsanov üçün çətin dilemma8-05-2023, 11:40 |
Avropa İnsan Hüquqları Məhkəməsinə mart ayından bəri Azərbaycandan göndərilmiş 20-dən artıq şikayəti araşdırmağa başlayıb. DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, şikayətçilərin əksəriyyəti tanınmış ictimai-siyasi xadimlərdir. Onların arasında keçmiş səhiyyə naziri, Haqq və Ədalət Partiyasının (HƏP) Əli İnsanov da var. Əli İnsanov artıq hakimiyyətlə münasibətlərini bərpa edib. Bir müddət əvvəl o bəyanat yayaraq mövcud iqtidarın yürütdüyü siyasəti dəstəklədiyini bildirib. Bu halda keçmiş nazirin Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanladığı şikayətlə bağlı qərarı maraq doğurur. Əli İnsanov şikayətini geri götürəcəkmi, yoxsa sona qədər davam edəcək? Beləliklə, keçmiş nazir hazırda çətin dilemma qarşısındadır. Əli İnsanovun məsələ ilə bağlı mövqeyini öyrənmək üçün onunla əlaqə saxlamağa çalışdıq. Lakin çoxsaylı cəhdlərimiz səmərə vermədi. Bu baxımdan, partiyanın Ali Məclis sədri Zəlimxan Məmmədliyə müraciət etdik. O, Qaynarinfo-ya açıqlamasında bildirdi ki, Əli İnsanovun Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətindən xəbərsizdir. "Sizcə Əli İnsanov şikayətini geri götürə bilərmi?" sualına isə Zəlimxan Məmmədlinin cavabı belə oldu: "Bu barədə heç nə deyə bilmərəm, səlahiyyətimə aid məsələ deyil”. Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sabiq nazir 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı əsasında azadlığa çıxıb. Geri qayıt |