Əsas Səhifə > Partiya, Güney Press > “Rəsulzadənin heykəlinin qoyulmasını istəmirəm”
“Rəsulzadənin heykəlinin qoyulmasını istəmirəm”30-01-2014, 11:22 |
Millət vəkili Fazil Mustafa sosial şəbəkədə şəxsi səhifəsində Məhəmməd Əmin Rəsulzadə haqqında yazıb. Hafta.az xəbər verir ki, millət vəkili Azərbaycanı tam şəkildə Rəsulzadənin ömür yolunda gördüyünü bildirib: “Məhəmməd Əmin Rəsulzadədən danışacağam. Onu hər zaman Azərbaycanın bütün mənalarda tamlığını daşıyan insan olaraq görürəm. Tam şəkildə bir Azərbaycanı onun ömür yolunda bütün cizgiləri ilə görə bilərsən. Siyasi mübarizə yolunda, partiya quruculuğunda, mühacirətində, şəxsi həyatının faciəsində Azərbaycanın mövcudluq tarixini sanki yaşaya bilirsən. Bəlkə də buna görə onun heykəlinin qoyulmasını istəmirəm”. Fazil Mustafa vurğulayır ki, heykəlin qoyulması Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətini dar çərçivədə göstərər: “Heykəl siyasi liderləri, tarixi simaları insan təsəvvürlərində donuqlaşdıran, gözlərində daşa çevirən bir subyektiv əsərdir. Təsəvvür edin ki, bir insan eyni hərəkətsizlik obrazında yaddaşlara köçürülür, yaddaşlarda dondurulur. Məhəmməd Əmin bəy dondurulan insan tipi deyil, açılan, ruhlara, qəlblərə yayılan bir insan obrazıdır. Kim nə söylərsə söyləsin, haşiyə çıxım ki, mərhum Əbülfəz Elçibəyin heykəli onun yaddaşlarımızdakı canlı, dinamik obrazını xeyli daşlaşdırdı. Avropada mifik qəhrəmanlara heykəlləri də çox zaman standart üslubdan uzaq şəkildə hazırlayırlar ki, insanların təsəvvürləri dar qəlibin içində donub qalmasın”. Geri qayıt |