Əsas Səhifə > Partiya, Güney Press > Rəsulzadə sevərlər “Azadlıq” metrosunda toplaşdı

Rəsulzadə sevərlər “Azadlıq” metrosunda toplaşdı


31-01-2014, 11:29
Rəsulzadə sevərlər “Azadlıq” metrosunda toplaşdı
Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi qeyd olunur.

Hafta.az xəbər verir ki, bu münasibətlə “Müsavat” partiyasının üzvləri, ölkənin bir sıra tanınmış ictimaiyyət nümayəndələri Rəsulzadənin Novxanıdakı büstünü ziyarət etmək üçün “Azadlıq” metrosunun qarşısına yığışıb. Hava şaxtalı olduğundan ziyarətçilərin sayı çox deyil. Toplaşanlar isə Azərbaycan bayraqlarına bürünərək Novxanıya getməyə hazırlaşırlar.

“Milli Şura” isə Rəsulzadənin büstünü saat 12-də ziyarət edəcəyini bildirib.

M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə M. Ə. Rəsulzadə həbsdən azad edilərək Moskvaya aparıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib. M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada dünyasını dəyişib.

22 noyabr 2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib.
Rəsulzadə sevərlər “Azadlıq” metrosunda toplaşdı
Rəsulzadə sevərlər “Azadlıq” metrosunda toplaşdı

Geri qayıt