Əsas Səhifə > Partiya, Güney Press > QHT sədri Azay Quliyevlə bağlı ÇAĞIRIŞ ETDİ

QHT sədri Azay Quliyevlə bağlı ÇAĞIRIŞ ETDİ


29-05-2023, 08:20
QHT sədri Azay Quliyevlə bağlı ÇAĞIRIŞ ETDİ
DİA.AZ: - Son günlər QHT sektorunda cərəyan edən olaylar ictimaiyyət tərəfindən xüsusi həssaslıqla izlənməkdədir. DİA.AZ bildirir ki, narazılıq yaradan məqamlara etiraz olaraq onlarla QHT sədri artıq müxtəlif KİV-lər qarşısında çıxış edib, hətta Prezident Administrasiyası qarşısında etiraza da cəhd olunub.

DİA.AZ olaraq biz növbəti belə etirazçı QHT rəhbərlərindən birinin - Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədovun bəyanatını təqdim edirik:

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Respublikasının büdcə pullarını havaya sovurmaqla məşğuldur. Agentliyin Müşahidə Şurasının Sədri Azay Quliyev neçə illərdir QHT-rə ayrılan maliyyə vəsaitlərinin bəlli hissəsini mənimsəməklə məşğuldur.
Bir sıra QHT-ə qrantlar hamamda qəbuldan sonra verilir, bəzilərinə isə "otkat" alınır. Bir çox QHT-lərin həyata keçirdiyi layihələr pul silməkdir. Və təbii ki, buradan Azay Quliyevə də miqdar çatır.
Agentliyin fəaliyyəti tam araşdırılmalıdır. Ciddi korrupsiya cinayəti artıq ortadadır. Azay Quliyevin və Agentliyin Müşahidə Şurasının bəzi üzvlərinin külli miqdarda əmlakının, bahalı avtomobillərinin, əsarərəngiz xarici səfərlərinin və qlamurka məşuqələri in maliyyə mənbəyi Agentlik vasitəsiylə talan Azərbaycanın büdcə vəsaitləridir.
70.000 manat kənddə xiyar əkməyə verilən qrantın səsi-kuyü hamamdan gəlir.
Cənab Prezident İlham Əliyev, Azay Quliyevi Agentliyin Müşahidə Şurasına ona görəmi sədr təyin edib ki, o və bəzi Müşahidə Şurası üzvləri millətə, dövlətə və dövlətçiliyə xərclənəcək büdcə vəsaitlərini qlamurka məşuqələrə,, bahalı maşınlara, Bodrumda, Antalyalarda baseyin poza şəkillərinə xərcləsinlər?
Azərbaycana xidmət edən QHT-ri, ictimai xadimləri kənarda qoyub, eks-nazirlərə, xalqı təhqir edən TV aparıcılarına verilən qrantları icrası çox qaranliqdır. Ancaq mənə göndərilən 5 dosyeyə, hamamlarda çəkilmiş videolara, mənimsənilən pulların qara buğateryasına, bahalı xarici səfərlərə bağlı fotolara, digər faylları baxanda tüklərim biz-biz olur. Azay Quliyev və onun Agentliyin Müşahidə Şurasındakı xas adamları Əli Həsənova, Vüqar Səfərliyə rəhmət oxutmaqdadır.
Azərbaycan QHT-dən xahişim odur ki, Azay Quliyevin və Müşahidə Şurasının bəzi üzləri ilə bağlı korrupsiya xarakterli nə informasiya varsa mənə ötursünlər!!
Bu biabırçılığa birlikdə son qoyaq!"

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt