Əsas Səhifə > Partiya, Güney Press > "Əgər Azərbaycan ərazisində koridor olarsa, bu, anoloji olaraq Zəngəzura da aid edilməlidir"
"Əgər Azərbaycan ərazisində koridor olarsa, bu, anoloji olaraq Zəngəzura da aid edilməlidir"30-05-2023, 09:18 |
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Moskvaya işgüzar səfəri başa çatıb. Səfər zamanı Rusiya prezidenti Vladimir Putinlə geo-siyasi mövzularda müzakirələr aparılıb. Səfərin nəticəsi nədir? Hansı mövzulara toxunulub? “Azərbaycan-Ermənistan liderlərinin növbəti Moskva görüşü başa çatdı. Bu görüşdən gözləntilərimiz özünü doğrultmadı. Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlərdən sonra Putin dərhal hər iki liderlə görüşərək, öz korrektələrini verməyə çalışır. Putinin Qafqazdan nə istədiyi məlum olsa da, görünən odur ki, hər iki qafqaz ölkəsinin liderləri bu istəyi reallaşdırmaq niyyətində deyil. Paşinyan Fransa və ABŞ tərəfindən hərəkətə gətirilərək Rusiyanı regiondan çıxarmağa sövq edilir. Eyni zamanda, Moskvaya ayaq basan andan Putindən Azərbaycana qarş sərt davranmağı tələb edir və hər dəfə yaxın müttəfiq olduqlarını xatırladır”. DİA.AZ bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına “Vəhdət” Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi danışıb. Politoloqun fikrincə, indiki vəziyyətdə Rusiyanın Yerevandan nəsə istəməsi real görünmür, artıq istəməyə bir şey qalmayıb. Çünki Ermənistanın bütün iqtisadi rıçaqları Koçaryan və Sarkisyan hakimiyyətləri zamanından Rusiyanın əlindədir. Hərbi müdaxiləsi də göz önündədir. “Ukrayna cəbhəsində ağır döyüşlər aparan və 16 ay ərzində müvəffəqiyyətsiz hərbi əməliyyatlar dairəsindən çıxa bilməyən Rusiya, Qafqazda daha da möhkəmlənmək niyyətindədir. İlham Əliyevin Avrasiya İttifaqında qonaq kimi iştirakı Putinin Azərbaycanı bu ittifaqa qatılmasını arzu etməsi ilə bağlıdır. Normal münasibətlər və şərtlər daxilində iqtisadi əlaqələr zəmnində Avrasiya İttifaqına qatılmanın mükünlüyünü istisna etmirəm, lakin bütün bunlar ərazi bütövlüyümüzün tam bərpasından sonra mümkün ola bilər”- deyə politoloq qeyd edib. Onun sözlərinə görə, Paşinyan özünü fağır, yazıq və məğlub olmuş qismində göstərməyə cəhd etsə də, “bic” siyasətini davam etdirir. Danışıqlarda mahiyyət üzrdə danışmaqdan sonra ümumi bəyanatlar verir və söz oyunu ilə məşğuldur. Prezident İlham Əliyev isə konkret mahiyyət üzrə danışaraq problemin həlli yollarını göstərir. “Avrasiya İttifaqı dövlət başçılarının qarşısında Paşinyanla qısa dialoq zamanı İlham Əliyev həm bədən dili, həm də jestikulyasiyaları onu deyirdi ki, təklif edilən həll variantı qəbul edilməzsə, biz onu heç kimin göz yaşlarına və hədə qorxulalarına baxmadan özümüz çözəcəyik. Yəni özümüz öz göbəyimizi kəsəcəyik”-deyən politoloq hesab edir ki, bu görüş əvvəlki görüşlərdən fərqli olaraq, daha çətin keçib. “Putinlə təkbətək görüşdə hansı detallar üzrə danışıqların getdiyini güman etmək olar. Bu, ilk növbədə sərhəd keçid məntəqəsinin beynəlxalq hüquqla tənzimlənən dövlətlərarası münasibətlər əsasında təşkil edilməsi ola bilər. Ermənistan vətəndaşları Azərbaycan ərazisinə xarici ölkənin vətəndaşı kimi Azərbaycan qanunvericiliyinə uyğun şəkildə gələ bilməsi təmin olunmalıdır. Bundan sonra Laçın yolu Preizdent İlham Əliyevin dolayısı ilə dediyi kimi koridor statusunu itirməlidir. Əgər Azərbaycan ərazisində koridor olarsa, bu, anoloji olaraq Zəngəzura da aid edilməlidir. Ermənistanın Zəngəzura koridior statusu verilməsinin əleyhinə olması isə bizim üçün də uyğundur. Biz də Laçından keçən yolun koridor statusunu ləğv edəcəyik”-deyən Vasif Əfəndi qeyd edib ki, Paşinyanın ərazi bütövlüyümüzü tanıması bəyanatına gəldikdə, bu da ikibaşlı bəyanatdır. O, Qarabağın erməni icması üçün təhlükəsizlik qarantının Rusiyada qalmasını istəyir. Eyni zamanda Azərbaycan ərazisinə beynəlxalq qüvvələrin gətiriləməsini təklif edir. Putinin niyyəti, Qarabağda təməlli yerləşməkdir. Ona görə də kənar qüvvələrin təmsilçiliyi baş tutmayacaq. Görüşlərin məntiqi nəticəsinə gəldikdə isə, ərazi bütövlüyünün rəsmi sənədlərlə qarşılıqlı tanınması ola bilər. Maraqlısı budur ki, Paşinyan bu bəyanatı versə də hələlik sənəd imzalamaqdan çəkinir. Geri qayıt |