Əsas Səhifə > Partiya, Güney Press > "Problem dövlətin mexanizmlərinin işlək olmaması, nəzarət edən stukturların işləməməsidir"
"Problem dövlətin mexanizmlərinin işlək olmaması, nəzarət edən stukturların işləməməsidir"1-06-2023, 08:05 |
Hövsan qəsəbəsi Zığ yolu- Zığ bağları adlanan ərazidəki yolda işıqlandırma bərpa olunub. Belə ki, hadisənin baş verdiyi yer piyada keçidinin yaxınlığı olsa da, ərazidə işıqlandırma olmayıb. Bu səbəbdən sürücünün görmə məsafəsi xeyli azalıb. Ancaq üç nəfərin ölümünə səbəb olan qəzadan sonra yoldakı işıqlandırma bərpa olunub. Qeyd edək ki, mayın 28-də 1980-ci il təvəllüdlü Əliyev Ayaz Vəli oğlu idarə etdiyi “Nissan Tiida” markalı avtomobillə Hövsan qəsəbəsi Zığ yolu Zığ bağları adlanan ərazidə üzü Zığ qəsəbəsi istiqamətində hərəkət edərkən piyadaların keçidi üçün nəzərdə tutulan keçidin altından yolu keçən piyadaları vurub. Nəticədə 1964-cü il təvəllüdlü Rəsulova Səkinə Baloğlan qızı, onun 1984-cü il təvəllüdlü gəlini Cavadova Samirə Xudayar qızı və sonuncunun 2020-ci il təvəllüdlü qızı Hüseynova Məryəm Nadir qızı aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Təəssüf doğuran məqam budur ki, çox zaman bədbəxt hadisə baş verdikdən sonra aidiyyəti qurumlar problemlərin həlli istiqamətində işə başlayırlar. Bu, əksər sahələrdə hiss edilir. DİA.AZ-ın məlumatına görə, Ağ Partiyanın sədri Tural Abbaslı Cebhe.info-ya açıqlamasında bildirib ki, demək olar ki, bütün sahələrdə belədir: "Məsələn, qaz partlayışı olan kimi Fövqaladə Hallar Nazirliyi hansısa qərarlar qəbul etməyə başlayır. Əslində, qanunvericilikdə bunların hamısı tənzimlənir, sadəcə icra olunmur. Yalnız qəza, hər hansı hadisə baş verəndən sonra reaksiya verilir. Problem dövlətin mexanizmlərinin işlək olmaması, nəzarət edən stukturların işləməməsidir. İdarəçilik boşluğu var. Səhiyyə, təhsil, mədəniyyət-hansı sahə olursa- olsun hamısında bu boşluq var. Elə sahələr var ki, hadisə olandan-olana yada düşür, amma buna öncədən büdcədən vəsait ayırılır. Çünki yeyinti var, korrupsiya var. Hər şeyi vətəndaş deyəcəksə, hadisə olandan sonra məsələyə baxılacaqsa, onda dövlət qurumunun fəaliyyətinin, ona vəsait ayrılmasının nə mənası oldu ki?" Geri qayıt |