Əsas Səhifə > Partiya, Güney Press > "Korporotiv maraqlar müxalifət düşərgəsini daim gərginlikdə saxlayır"

"Korporotiv maraqlar müxalifət düşərgəsini daim gərginlikdə saxlayır"


1-02-2014, 14:31
"Korporotiv maraqlar müxalifət düşərgəsini daim gərginlikdə saxlayır"
“Təssüflər olsun ki, bütün səylərə və cəhdlərə baxmayaraq Azərbaycan müxalifəti pərakəndə və dağınıq olaraq fəaliyyət göstərir.”

Bunu SalamNews-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Ouclu deyib. O bildirib ki, zaman-zaman müxtəlif birliklər, ittifaqlar və bloklar yaradaraq, inteqrasiya meyllərini real surətdə həyata keçirməyə calışsalar da, lakin hər dəfə bu və ya digər səbəblərdən baş verən uğursuzluq müxalifətdaxili ziddiyyətləri, qarşıdurmaları daha da dərinləşdirib. Hətta, münasibətlərin aydınlaşdırılması, qarşılıqlı ittihamlar “soyuq müharibə”, təhqir, söyüş həddinə çatıb. İnamsızlıq, qeyri-səmimilik, firqə və korporotiv maraqlar müxalifət düşərgəsini daim gərginlikdə saxlayır.

AMİP rəsmisi söyləyib ki, Azərbaycan müxalifəti spesifik xüsusiyyətlərə malikdir: “Bu düşərgədə kimin hansı təsnifatı daşımasını müəyyənləşdirmək olduqca çətindir. Bilmək olmur sağçılar, sağ-mərkəzçilər , mərkəzçilər, solçular, ifrat solçular kimlərdir. Liberal qanada kimlər, mühafizəkarlara kimlər daxildir.”


Geri qayıt