Əsas Səhifə > Partiya, Güney Press > "REAL-dan başqa belə iş aparan ikinci bir siyasi partiya görmədim"

"REAL-dan başqa belə iş aparan ikinci bir siyasi partiya görmədim"


13-06-2023, 15:09
"REAL-dan başqa belə iş aparan ikinci bir siyasi partiya görmədim"
"REAL Partiyası yeni qanunun tələblərinə uyğun olaraq 5118 üzv siyahısını yenidən qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə göndərdi – yeni üzv olan, bu işdə bizə kömək, dəstək olan hər kəsə təşəkkür edirəm, dövlətimizə, xalqımıza xeyirli-uğurlu olsun!"
Bu barədə partiyanın icraçı katibi Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, partiya qanunu tənqid etsə də, qanundan irəli gələn prosesdən yararlanıb:
"REAL Partiyası yeni qanunu haqlı və arqumentli tənqid etsə, Parlament təmsilçimiz bu qanunun əlehinə səs versə də, partiyamız qanundan irəli gələn yeni üzv cəlb edilməsi prosesindən sonunacan yararlandı. Bölgələrə onlarla səfərlərimiz oldu, insanlarla görüşdük, həm üzv cəlb etmək, həm də siyasi ideologiyamızı bir daha izah etmək üçün fürsət də qazandıq – insafən qanundan irəli gələn şərtləri yerinə yetirmək üçün keçirdiyimiz görüşlərdə heç bir maneə ilə rastlaşmadıq.
Bir neçə video-müraciət etdik, onminlərlə vətəndaşın izlədiyi yeni video-çarx hazırladıq – bir sözlə, yeni qanunun şərtlərinə görə 6 ay gərgin işlədik. Çoxsaylı könüllülər bu işə cəlb olundu, yerli təşkilatlar canlandı – açığı, REAL-dan başqa belə iş aparan ikinci bir siyasi partiya görmədim".
Partiyanın sədri İlqar Məmmədov da feysbuk səhifəsində bu barədə paylaşım edib:
"Dünən, iyunun 12-də REAL partiyasının Siyasi Komitəsi üzvlərin reyestrini təsdiq edərək onu Ədliyyə Nazirliyinə göndərdi. Bu gün 5118 nəfərlik siyahı nazirliyə çatdı. Qanuna əsasən, 30 gün ərzində, yəni iyulun 12-dək, nazirlik bizə cavab verəcək".

//dia-az.life//
Geri qayıt