Əsas Səhifə > Partiya, Güney Press > “Nə qədər ki, İsa Qəmbər Müsavatda başqandır, bu partiya ilə əməkdaşlıq etməyəcəyik”

“Nə qədər ki, İsa Qəmbər Müsavatda başqandır, bu partiya ilə əməkdaşlıq etməyəcəyik”


4-02-2014, 11:59
“Nə qədər ki, İsa Qəmbər Müsavatda başqandır, bu partiya ilə əməkdaşlıq etməyəcəyik”
“Nə qədər ki, Müsavat Partiyasının başında İsa Qəmbər dayanıb, biz bu partiya ilə əməkdaşlıq etməyəcəyik”.
Bu sözləri Moderator.az-a açıqlamasında ALP sədri Əvəz Temirxan bildirib. Partiya sədrinin sözlərinə görə, Müsavatla əməkdaşlıq partiya rəhbərliyinin daha sağlam qüvvələrlə əvəzlənməsindən sonra mümkün ola bilər:
“Əgər Müsavat partiyasının rəhbərliyinə sağlam düşüncəli bir şəxs gələrsə, hansı ki, bu cür insanlar Müsavatda çoxdur, o zaman əməkdaşlıq haqqında düşünmək olar. Indiki halda Müsavatla əməkdaşlıq özümüzü aldatmaq demək olar. Əgər kimsə bunu edəcəksə, sonra yenidən peşman olacaq”.

Geri qayıt