Əsas Səhifə > Partiya, Güney Press > “Hələki siyasətdən getmək fikrim yoxdur”
“Hələki siyasətdən getmək fikrim yoxdur”16-06-2023, 11:44 |
“Hələki siyasətdən getmək fikrim yoxdur”. DİA.AZ bildirir ki, bunu Bizim.Media-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O bildirib ki, sabah partiyamızın qurultayı keçiriləcək: “Qurultayda əsasən Partiyamızın fəaliyyətinin “Siyasi Partiyalar haqqında” qanunun tələblərinə uyğunlaşdırılması məsələsi müzakirə ediləcək. Və təbii ki, təşkilati məsələlərə baxılacaq, yeni rəhbər orqan formalaşacaq”. İqbal Ağazadə yenidən partiya sədri olmaq məsələsindən də danışıb: “Hər şey qurultayın gedişatında məlum olacaq. Bu gün konkret nəsə deyə bilmərəm. Hər şey sabahkı proseslərin gedişatından və partiya üzvlərinin iradəsindən asılıdır. Amma mən hələ siyasətdən getmək haqqında düşünmürəm”. Geri qayıt |